Alternative content

05:16 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.11.2019 Dünyanı uşaqlara verək
00:43 20.11.2019 İnsaf yoxsa, israf var
00:37 20.11.2019 Qanlı dərənin sirləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
ANA SƏHİFƏ / SİYASƏT
12:29 16.10.2019

Bu günlərdə Milli Məclisin nümayəndə heyətinin iştirak etdiyi Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası öz işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, Assambleyanın "Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən ümumi debatlarda çıxış edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov bu mövzunun dünya birliyi üçün olduqca aktual və əhəmiyyətli olduğunu qeyd edib, istənilən qlobal və regional miqyaslı məsələnin həllində beynəlxalq hüququn dövlətlər, hökumətlərarası və parlamentlərarası təşkilatlar üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.

Bununla yanaşı, sülhsevər, təhlükəsiz və firavan dünyanın qurulmasının və inkişafının təməlində beynəlxalq hüququn əsaslandığı dövlətlərin suveren bərabərliyi, gücün tətbiq olunmaması və ya güclə hədələnməməsi, öhdəliklərin vicdanla yerinə yetirilməsi, dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, insan hüquq və əsas azadlıqlarının qorunması və sair kimi universal prinsiplərin durduğu qeyd edilib, İkinci Dünya müharibəsindən sonra yaradılmış Birləşmiş Millətlər Təşkilatının göstərilən prinsiplərə dövlətlər tərəfindən əməl olunmasında müstəsna rol oynadığı xüsusi vurğulanıb.

Hazırda beynəlxalq hüququn böhran içində olduğunu təəssüf hissi ilə qeyd edən deputatımız bəzi dövlətlərin əməllərinin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn universal prinsiplərinə zidd olduğunu, həmin təşkilatın Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin illər ərzində yerinə yetirilmədiyini bildirib. Bununla bağlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi misal gətirilərək, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin torpaqlarının 20 faizinin bu ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğu, bir milyondan çox soydaşlarımızın qaçqın və məcburi köçkün düşdüyü, məsələ ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunduğu, lakin 25 ildən artıq müddət ərzində icra edilmədiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışın sonunda Milli Məclisin deputatı Kamran Bayramov Azərbaycan nümayəndə heyəti adından Parlamentlərarası İttifaqa və orada dünya dövlətlərini təmsil edən bütün parlamentarilərə müraciət edərək Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı gücləndirməyə, təşkilatın qərar və qətnamələrinin icrası mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verməyə çağırıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM