16 Oktyabr 2019 11:47
1018
Elm və texnika
A- A+

Bakı Ali Neft Məktəbi tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq


Bakı Ali Neft Məktəbi (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” operettası səhnələşdirilib.

BANM-dən bildirilib ki, musiqili komediya bu il dünyada quruda ilk neft platforması olan Neft Daşları yatağının 70 illiyinə həsr olunub.

Operetta oktyabrın 23-də saat 18:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılacaq.

Musiqili komediyanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri, Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri əməkdar müəllim Zülfiyyə Sadıqovadır.

Tamaşada Bakı Ali Neft Məktəbinin yerli və əcnəbi tələbələri çıxış edir. Bu, ali məktəbin tələbələrinin ifasında səhnələşdirilən ikinci tamaşadır. İlk olaraq BANM tələbələrinin rol aldığı Mirzə Fətəli Axundzadənin komediyası əsasında "Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşaya qoyulub.

Qeyd edək ki, "O olmasın, bu olsun” 1910-cu ildə Üzeyir Hacıbəyli tərəfindən yazılıb və bu, bəstəkarın musiqili komediya janrında ikinci əsəridir. Dörd pərdədən ibarət əsərdə Azərbaycan xalq musiqisi - muğamdan və orta əsr Azərbaycan şairi Füzulinin qəzəllərindən istifadə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video