Alternative content

01:07 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
ANA SƏHİFƏ / Mədəniyyət
03:26 16.10.2019


Oktyabrın 15-də Nizami Kino Mərkəzində Rusiyanın görkəmli şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Andrey Dementyevin xatirəsinə həsr edilmiş "Həyat bir, sevgi bir” adlı sənədli filmin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Filmin təqdimatından əvvəl tanınmış jurnalist, ssenarist və rejissor Oleq Şommer çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb. Andrey Dementyevin Azərbaycan haqqında hər zaman gözəl təəssürat və bilgiyə malik olduğunu deyən rejissor onun dəfələrlə ölkəmizə səfərə gəldiyini qeyd edib. Bildirib ki, Andrey Dementyev sonuncu dəfə Azərbaycanda beş il əvvəl görkəmli şair Mixail Lermontovun 200 illiyi münasibətilə təşkil edilən tədbirdə iştirak edib.

"Bu tədbirdə çıxış edən zaman Andrey Dementyevə gənc bir şairin şeirlərini təqdim edirlər. Şeirləri oxuyan şair onları çox bəyəndiyini deyir. Şeirlərin müəllifinin gələcəkdə böyük yaradıcılığa malik olacağını söyləyir. Beləliklə, həmin şeirlərin müəllifi olan Leyla xanım Əliyevanın ilk şeirlər kitabı çap edilir”, - deyə O.Şommer vurğulayıb.

Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində yeni sənədli filmlərin çəkiləcəyini deyən rejissor ekran əsərlərinin hər birinin ayrı-ayrılıqda təqdimatlarının keçiriləcəyini qeyd edib. O.Şommer deyib ki, böyük şairlərin yaradıcılığına Azərbaycanda hər zaman diqqət yetirilir.

Sonra qonaqlar filmə baxıblar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM