Alternative content

23:26 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 15 milyard dollarlıq sərmayə
15 milyard dollarlıq sərmayə
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:18 16.10.2019


Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin icrasında Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir


Azərbaycanın getdikcə artan maliyyə imkanları ölkəmizə indi xaricdə də çox mühüm layihələr həyata keçirmək, ən müxtəlif sahələrə böyük həcmdə sərmayələr yatırmaq imkanı verib. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin icrasında Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir.

Xüsusilə Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyətə malikdir. Bunu Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi "Star” neft emalı zavodunun (NEZ), "Cənub qaz dəhlizi”nin ən mühüm halqası trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsinin (TANAP) timsalında da aydın görmək olar.

Ümumilikdə Azərbaycanın Türkiyədəki ümumi investisiya yatırımının həcmi 15 milyard dolları ötüb. Hazırda davam edən layihələrlə bu rəqəmin 19,5 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.

Bu günlərdə Azərbaycanın regionda həyata keçirdiyi mühüm layihələrlə yerində tanış olmaq üçün Türkiyənin İstanbul, Ədirnə və İzmir şəhərlərinə bir qrup KİV nümayəndəsinin iştirakı ilə mediatur təşkil olundu. Səfər çərçivəsində növbəti dəfə əmin olduq ki, bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir.


TANAP ildə 1,45 milyard dollar gəlir gətirəcək


İlk dayanacağımız Ədirnə şəhərinin İpsala qəsəbəsidir. Türkiyə və Azərbaycan arasında strateji enerji əməkdaşlığının ən mühüm layihələrindən biri olan TANAP Ərdəhanın Posof qəsəbəsindən Türkiyəyə daxil olan, 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçdikdən sonra Ədirnənin İpsala qəsəbəsində Avropa sərhədinə çatdırılan 1.850 kilometrlik boru xətti ilə Azərbaycan təbii qazını Türkiyə-Yunanıstan sərhədində Avropaya ötürəcək trans-Adriatik Boru Kəmərinə (TAP) qaz verilməsi üçün hazır vəziyyətə gətirilib. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu

1 340 km təşkil edir. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.

TANAP-ın baş direktoru Saltuk Düzyol jurnalistlərlə söhbət zamanı qeyd etdi ki, Azərbaycanın "Şahdəniz-2” yatağından hasil olunan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya daşıyacaq TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsinin açılışı 2018-ci il iyunun 12-də olub və həmin il iyunun 30-dan etibarən Türkiyəyə kommersiya məqsədli qaz axını başlamışdı: "Boru kəmərinin Əskişəhər ilə Türkiyə-Yunanıstan sərhədindəki Avropaya çıxış nöqtəsi arasında qalan hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatmış və 2019-cu ilin aprelində kəmərə sınaq məqsədilə qaz vurulmuşdu. 2019-cu il iyulun 1-dən etibarən Avropaya qaz nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP "Türkiyə, Orta Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru kəməri” kimi adını tarixə qızıl hərflərlə yazdırıb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşən TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına çatdırılacaq”.

Saltuk Düzyol bildirdi ki, yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində indiyə qədər 45 faiz qənaətlə 6,5 milyard dollarlıq sərmayəyə nail olunub. Cari il sentyabrın 30-dan etibarən TANAP üzərindən Türkiyəyə nəql olunan qaz həcmi 2,7 milyard kubmetrə çatdırılıb. Eyni zamanda bugünədək

TANAP boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədilə 1000-ə yaxın layihə həyata keçirilib.

TANAP səhmdarları layihənin işlənilməsindən illik 1,45 milyard dollar gəlir əldə edəcək ki, bunun da 58 faizi Azərbaycanın payına düşəcək.


Azərbaycan və Türkiyənin "Star”ı


Növbəti dayanacağımız İzmir şəhərinin Əliağa rayonunda inşa edilən "Star” neft emalı zavodudur (NEZ). Zavod ölkəmizin Türkiyədə, ümumiyyətlə xaricdə ən böyük investisiya layihəsidir. Təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan və ötən ilin oktyabrında hər iki dövlət başçılarının iştirakı ilə açılışı olan 6,3 milyard dollarlıq sərmayəyə malik "Star” neft emalı zavodunda 2018-ci ilin avqustundan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb.

Zavodun baş direktoru Məsut İlter bildirdi ki, "STAR”ın 2018-ci ilin oktyabrında açılışından sonra bütün qurğular mərhələli şəkildə istifadəyə verilərək istehsala başlanılıb və hazırda bu proses uğurla davam etdirilir: "İlk məhsul satışı 2019-cu ilin yanvarında "Petkim”ə nafta verilməsi ilə həyata keçirildi. Əsas hədəf "Petkim” ilə inteqrasiya yaratmaqdır. Zavod "Petkim”in yaxınlığında inşa edilmişdir və iki nəhəng kompleks boru kəməri vasitəsilə bir-birinə bağlanıb. 2019-cu ilin ilk yarısında zavoddan "Petkim”ə 260 min ton nafta tədarük edilmişdir. Ehtiyac duyduğu xammalın "Star” zavodunda istehsal edilməsi səmərəli və davamlı təchizatı təmin etməklə "Petkim”in istehsalat imkanlarını və keyfiyyətini artırır. Bundan başqa, dəniz vasitəsilə nafta idxalının dayandırılması nəticəsində "Petkim”in yükləmə limanında sıxlıq azalmış və ixrac mallarının yüklənməsi asanlaşmışdır”.


4,5 milyon ton xam neft emal edilib


Məsut İlter onu da əlavə etdi ki, illik emal gücü 10 milyon ton xam neft olan zavodda 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir: "100-dən artıq neft çeşidini emal etməyə qadir olan "Star” neft emalı zavodunun gündəlik emal gücü 214 min barel xam neft həcmindədir. "Star” 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb. Bu ilin əvvəlindən ümumilikdə 4,5 milyon ton məhsul istehsal edən zavod daxili bazarın tələbatını ödəməklə yanaşı, məhsullarını Aralıq dənizi və Şimali Avropa ölkələrinə də ixrac edir. Zavodun uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır.

Neft məhsulları sahəsində Türkiyənin xaricdən asılılığını aradan qaldırmağı və cari kəsirini azaltmağı hədəfləyən "Star” məhsul çeşidləndirilməsini də bu məqsədlə həyata keçirir. Zavod ildə 4,8 milyon ton dizel istehsalı ilə Türkiyənin dizel idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacaq. İndiyə kimi 4,5 milyon xam neft emal edən zavodun məhsul çeşidləri arasında benzin yoxdur. Bu ilin sonuna qədər "Star” 7,5 milyon ton neft emal etməyi nəzərdə tutur. Zavodda hazırda Azərbaycan nefti ilə yanaşı "Urals”, Liviya neftindən də istifadə edilir. "Star” istehsal etdiyi məhsulların 65-70 faizini daxili bazara satır. 2020-ci ilə qədər isə bu neft emalı zavodunun istehsal etdiyi məhsullar tamamilə daxili bazarda satılacaq”.

Qeyd olundu ki, "Star” zavodunun anbar tutumunun artırılmasına yönəldilən layihə çərçivəsində mövcud 1,6 milyon kubmetrlik anbar tutumunun 2,5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur. Layihə hər biri 134 500 kubmetr olan iki xam neft çənini və hər biri 36 500 kubmetrlik ara məhsul çənlərini əhatə edir. Ümumilikdə 342 000 kubmetr anbar imkanı yaradacaq layihənin 2021-ci ildə tamamlanması gözlənilir.


İnvestisiyalar 1 milyard dollara çatıb


"Petkim”in baş direktoru Anar Məmmədov mətbuat nümayəndələrinə rəhbərlik etdiyi şirkət barədə məlumat verdi. Bildirdi ki, "Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20 faizini təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur.

2008-ci ildən bəri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər il "Petkim”ə, təxminən, 100 milyon dollar sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi məbləği 1 milyard dollara çatıb: "Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsulun, kiçik və orta müəssisələr də daxil olmaqla, 6000 istifadəçisi var. Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon türk lirəsi məbləğində mənfəətlə başa vurub. 2019-cu ilin ilk 6 ayında isə şirkət bütün dövrlərin ən yüksək məhsuldarlığını nümayiş etdirib və istehsal rekorduna imza atıb. Belə ki, cari ilin ilk yarısında 5,9 milyard lirə gəlir, 439 milyon lirə xalis mənfəət əldə edilib. Ötən 6 ayda "Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq 890 milyon lirəyə çatıb”.

Qeyd olunub ki, 2018-ci il rəqəmsallaşma və infrastruktur işləri baxımından "Petkim” üçün həlledici il olub: "Sənaye 4.0 parametrləri ilə istehsalda qabaqcıl analitik texnologiyaların və süni intellektin tətbiqinə başlanılıb. "Petkimin rəqəmsallaşma işləri ilə məşğul olan komandası bu vaxta qədər 40-dan çox layihə həyata keçirib. Bu layihələr kompüter təhsili, süni intellekt, görüntütanıma, proseslərin robotlaşdırılmış avtomatizasiyası kimi texnologiyların tətbiqi vasitəsilə reallaşdırılıb. Yeni layihələr maliyyə baxımından da səmərəlidir. "Petkim” bütün şirkətdə tətbiq olunması nəzərdə tutulan layihə ilə Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olması istiqamətində addım-addım irəliləyir”.

Anar Məmmədov qeyd etdi ki, SOCAR Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir. Bu layihə də, digər layihələr kimi, strateji əhəmiyyət daşıyacaq: "Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq. Bu gün Türkiyədə həmin məhsul yalnız "Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir. Yeni investisiya layihəsi eyni zamanda hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək. 1,8 milyard ABŞ dolları sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinə 2020-ci ilin I yarısında başlanılması planlaşdırılır: "BP və "SOCAR Türkiyə”nin həyata keçirəcəyi layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi nəzərdə tutulur. "Merkuri” adlanacaq layihə üzrə hazırda texniki sənədləşdirmə prosesi aparılır: nəticələr müsbət olsa, 2020-ci il ərzində son maliyyə qərarı veriləcək və tikinti işlərinə başlanacaq. Yeni müəssisənin tikintisi 5 ilə yaxın vaxt apara bilər və onun istifadəyə verilməsi 2024-2025-ci illərdə baş tuta bilər”.

Göründüyü kimi, bütün bunlar ölkələrimiz arasında münasibətlərin daha da güclənməsinə sanballı töhfə verir. Bununla yanaşı, Türkiyə və Azərbaycan özlərinin iqtisadi, enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən daha səmərəli şəkildə istifadə edirlər. Hazırda bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasında münasibətlərin çox vacib elementlərindən olan neft və qaz layihələri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Bakı-İstanbul-Ədirnə-İzmir-Bakı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM