Alternative content

22:27 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Dil açan” daş salnamə
“Dil açan” daş salnamə
ANA SƏHİFƏ / Mədəniyyət
03:15 16.10.2019


İçərişəhər dini-mədəni, tarixi abidələr məkanı, maddi-mənəvi sərvətimizdir


Bakının tarixini daş yaddaşında yaşadan İçərişəhər!

Xalq arasında "Qədim şəhər” kimi tanınan bu tarixi məkan qala divarları ilə əhatə olunub. 221 min kvadratmetr sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Əhalinin burada məskunlaşması Tunc dövrünə təsadüf edir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlərdə İçərişəhər ərazisində sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma” dövrü başlamışdır. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur.

Bu qədim şəhərdə yerləşən məşhur abidələr, Qız qalası və Şirvanşahlar Saray Kompleksi Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa, hazırda orada onlarla tarixi abidələr - məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey, səfirlik, hotel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər Tarix-Memarlıq Qoruğu elan edilib. 2000-ci ildə isə Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESKO-nun Ümumdünya İrsi Siyahısına salınıb.

Bizim eranın birinci yüzilliyində Bakı kiçik liman şəhəri kimi mövcud olub.

XI əsrin 40-cı illərində türk-oğuzların Qafqaza yürüşlərini nəzərə alan Şirvanşahlar şəhərlərin qorunmasını təmin etmək üçün müdafiə sisteminin təkmilləşdirilməsinə başlayıblar. Orta əsrlərdə olduğu kimi, müasir dövrdə də İçərişəhərin üç əsas küçəsi var: Böyük Qala, Kiçik Qala (Saray yolu) və Asəf Zeynallı (Minarəli və ya Karvan yolu).

Böyük Qala küçəsi başlanğıcını digər tərəfdən - Şamaxı darvazası (Qoşa qala qapıları) yerləşən Qala meydanından götürür. Orta əsrlərdə bu meydanda müxtəlif el bayramları, şənliklər və yarmarkalar keçirilirdi.

Əsas hərəkət və karvan yolu (hazırda Qüllə, A.Zeynallı və V.Məmmədova küçələri) İpək yolu üzərində yerləşir və İçərişəhəri aşağı və yuxarı hissələrə bölürdü. İctimai binalar aşağı hissədə yerləşirdi. Küçələrdə həmişə insanlar qaynayır, zəngin ticarət mühiti hökm sürürdü. Sahilə yaxın yerləşməsinə görə bu hissədə balıqçılar, qayıqçılar və gəmiçilər, yuxarı hissədə yerləşən Şirvanşahlar sarayının ətrafında isə zəngin şəhər sakinləri yaşayırdılar.

Kiçik Qala küçəsi Salyan qapısından başlayaraq, şimal-qərb istiqamətində qala divarları boyunca uzanır və Şamaxı darvazasına doğru aparır. Asəf Zeynallı küçəsi Multani və Buxara karvansaralarının yanından başlayır, Böyük və Kiçik karvansaraların qabağından keçir. Bu məhəllədə əvvəllər çoxsaylı ticarət obyektləri yerləşirdi. Qız qalası, Məktəb məscidi, Aşur məscidi, Cümə məscidi, Şeyx İbrahim məscidi, Müqəddəs Varfolomey kilsəsi, Bazar meydanı və bir çox tarixi-memarlıq abidələrinə də burada rast gəlinir. Bu üç böyük küçədən başqa, İçərişəhərdə çoxsaylı kiçik, dar döngə və dalanlar da yerləşir.

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM