Alternative content

11:03 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərtərəfli hazırlıq görülür
Hərtərəfli hazırlıq görülür
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:13 16.10.2019


Gədəbəy rayonu dağlıq ərazidə yerləşdiyi üçün qış ayları burada daha soyuq, yağıntılı və şaxtalı keçir. Odur ki, əhalinin kommunikasiya xidməti ilə təmin edilməsi, avtomobillərin hərəkətinin təhlükəsiz və intensiv təşkili, idarə, müəssisə və təşkilatlarda iş ahənginin normal saxlanılması üçün aidiyyəti qurumlar qışa geniş hazırlıq görür.

Əsas məsələlərdən biri yollara göstərilən xidmətlə bağlıdır. Hərəkətin təhlükəsizliyini və intensivliyini təmin etmək üçün 32 nömrəli yol istismar idarəsi kifayət qədər qum, texniki duz tədarük etmiş, avtoqreyderləri, buldozerləri və digər texnikanı saz vəziyyətə gətirmişdir. Hazırda idarənin kollektivi rayon ərazisindəki avtomobil yollarında suötürücüləri təmizləyir və asfalt örtüklərdəki çalaları təmir edir.

Əhalini, idarə və təşkilatları elektrik enerjisi ilə fasiləsiz təchiz etmək üçün Gədəbəy elektrik şəbəkəsi tərəfindən hava xətləri istismar normalarına uyğunlaşdırılmış, transformatorlar təmir edilmiş, bir çoxu yeniləri ilə əvəzlənmişdir.

Qar çox yağanda ağacların budaqları ağırlığa tab gətirmir, naqillərin üzərinə düşür, açılmalar olurdu ki, bu da əhali tərəfindən narazılıqla qarşılanırdı. Ötən mövsümdə belə hallar Samanlıq, Qoşabulaq, Pərizamanlı, Moruxlu, Nərimankənd, Şınıx, Arabaçı, Göyəlli, Hacılar, Qaravəlilər, Düz Rəsullu, Şahdağ, Novosaratovka, Slavyanka kəndlərində daha çox müşahidə olunmuşdur. Belə halların qarşısını almaq üçün naqillərə yaxın ağaclar budanır.

Gədəbəy şəhəri daxil olmaqla 68 yaşayış məntəqəsi təbii qazla təchiz edilmişdir. Rayon qaz-istismar sahəsinin əməkdaşları yoxlamalar aparıb qaz xətlərindəki sızmaları aradan qaldırmış, 445 sayğacı yenisi ilə əvəz etmişlər. Bunlardan əlavə, Gədəbəy şəhərindəki Zərifə Əliyeva, Səməd Vurğun küçələrində, habelə Slavyanka, Zəhmətkənd, Arıqdam, Novosaratovka və Düzyurd kəndlərində istismara yararsız boru xətləri yenilənmişdir. Hazırda rayonun daha iki yaşayış məntəqəsinin təbii qazla təchiz edilməsi istiqamətində işlər aparılır.

Əhalinin qış mövsümündə içməli su ilə təchizatı da diqqət mərkəzindədir. Qışa hazırlıqla əlaqədar bütün su anbarları təmizlənərək avtomatik idarəetmə sisteminə qoşulmuşdur. Gədəbəy Su-Kanal İdarəsi yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə avtomobilləri işlək vəziyyətə gətirmiş, 955 nömrəli "qaynar xətt” fəaliyyətə başlamışdır.

Rayon telekommunikasiya qovşağında, poçt filiallarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında da qış mövsümünə hazırlıqla bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir. Bu iş indi də davam etdirilir. Mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılan məktəblərdən 15-nin təbii qazla, 9-nun maye yanacaqla, yeni tikilmiş modul tipli 4 məktəbin elektrik enerjisi ilə qızdırılması nəzərdə tutulmuşdur.

Kəndlərdə fəaliyyət göstərən tibb müəssisələrinin hamısının soba və oduna olan tələbatı ödənilmişdir.

Mövsümə uyğun olaraq həyata keçirilən tədbirlərdən biri də vətəndaşların təsərrüfatlarındakı mal-qaranın qışlaması ilə bağlıdır. Mütəxəssislər monitorinqlər apararaq bu qənaətə gəlmişlər ki, fərdi təsərrüfatlarda kifayət qədər ot tədarük edilib. Rayona gətirilən yemlərin satışı üçün normal şərait yaradılıb.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM