Alternative content

23:43 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Günəşli” aqroparkındakı işlər diqqət mərkəzindədir
“Günəşli” aqroparkındakı işlər diqqət mərkəzindədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
03:12 16.10.2019


Ölkə rəhbərinin qarşıya qoyduğu əsas vəzifələrdən biri idxaldan azad olmaq, xaricə valyuta axınının qarşısını almaq, respublika əhalisini ölkədə istehsal olunmuş ekoloji cəhətdən daha təmiz, keyfiyyətli ərzaq məhsulları ilə təmin etməkdən ibarətdir. Aqroparklar da bu məqsədlə yaradılır. Onlar yeni iş yerlərinin açılmasında, məşğulluq probleminin həll olunmasında da mühüm rol oynayır.

Belə aqroparklardan biri Cəlilabad rayonu ərazisində yerləşən "Günəşli” aqroparkıdır. 2017-ci ildə yaradılan aqroparkda 50 nəfər işləyir. Az müddət keçməsinə baxmayaraq, burada çox iş görülmüş, inəklərin sayı artırılmış, əlavə tövlələr, yemsaxlama anbarları və köməkçi binalar inşa olunmuşdur. Hazırda təsərrüfatda inəklərin saxlanması üçün hər biri 300 başlıq 3, buzovlar üçün hər biri 300 başlıq 2 tövlə, eyni vaxtda 40 baş inəyi sağmağa imkan verən blok, şirəli yem üçün quyular, yonca və bəlim talvarları, qüvvəli yem anbarı, yeraltı su anbarı, yerüstü su çəni və digər qurğular vardır. Aqropark hər cür avadanlıqlar və mexanizmlərlə də təmin olunmuşdur. Yeni doğulan buzovların saxlanılması, yedizdirilməsi, süni mayalama işlərinin aparılması aqroparkın mütəxəssislərinin, zootexnik və baytar həkiminin diqqət mərkəzindədir.

Aqropark fəaliyyətə başlayarkən burada 230 baş cins inək var idi. İndi onların sayı 1000 başa çatdırılmışdır. Hazırda təsərrüfatda hər ay 300 ton süd, 24 ton keyfiyyətli ət istehsal olunur. İstehsalı azaltmamaq, heyvanları qarşıdan gələn payız və qış mövsümündən sağlam və gümrah çıxarmaq üçün kompleksdə ciddi hazırlıq işləri görülür. Əlavə olaraq şirəli yem, silos və senaj saxlamaq üçün inşa edilən 2 anbarda tikinti işləri başa çatmaq üzrədir. Etibarlı yem bazası yaratmaq məqsədilə cari ildə aqropark üzrə 240 hektar sahədə buğda, 800 hektarda arpa yetişdirilib anbarlara yığılmışdır. Həmin məhsullar buradakı dəyirmanda üyüdülərək digər komponentlərlə qarışdırılıb qüvvəli yem kimi inəklərə verilir. Bunlarla bərabər, kompleksin 100 hektar yonca və 160 hektar qarğıdalı sahəsi də var. Oradan biçilən kütlə quyulara basdırılaraq soyuq aylarda silos və senaj kimi istifadə ediləcək.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM