05:58 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Almaniyanın “Der Freitag” qəzeti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən yazır
ANA SƏHİFƏ / SİYASƏT
23:03 15.10.2019

Almaniyanın "Der Freitag” qəzetində dərc edilən "Martin Sonneborn immunitetindən sui-istifadə edir” adlı məqalədə beynəlxalq səviyyədə Azərbaycanın ərazisi hesab edilən Dağlıq Qarabağ bölgəsinin 25 ildən artıqdır Ermənistan tərəfindən işğal altında saxlanıldığı nəzərə çatdırılır. Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməklə yanaşı, bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldığı vurğulanır. Qondarma "Dağlıq Qarabağ respublikası”nın dünyanın heç bir dövləti və ya təşkilatı tərəfindən tanınmadığı bildirilir. Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Almaniyanın mövqeyi açıqlanır və AFR XİN-ə istinadən Almaniyanın "Dağlıq Qarabağ respublikası” adlı qurumu tanınmadığı qeyd olunur. Atəşkəs xətti boyunca daim atəş səslərinin eşidildiyi, habelə minalanmış ərazi təhlükəsinin olduğu vurğulanır. Avropa Parlamentinin həyat yoldaşı erməni olan deputatı Martin Sonnebornun Ermənistanın maraqlarını müdafiə etməklə məşğul olduğu nəzərə çatdırılır. Deputatın Dağlıq Qarabağa səfəri zamanı Brüsseldə fəaliyyət göstərən erməni lobbi təşkilatı Ədalət və Demokratiya naminə Avropa Erməniləri Federasiyasının prezidenti Kaspar Karampetyan və təşkilatın direktoru Hegvine Evinjan tərəfindən müşayiət olunduğu diqqətə çatdırılır.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM