15 Oktyabr 2019 23:02
616
CƏMİYYƏT
A- A+

Azərbaycan nümayəndə heyəti Avropa Ədliyyə nazirlərinin konfransında iştirak edib


Avropa Şurasının təsis edilməsinin 70 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil olunur. Oktyabrın 14-15-də Fransanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Strasburqda "Avropada ədalət mühakiməsinə rəqəmsal çağırışlar” mövzusunda Avropa Ədliyyə nazirlərinin konfransı keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransı əsas məruzə ilə Fransanın Ədliyyə naziri Nikol Belloubet açıb. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç, AŞ Parlament Assambleyasının prezidenti Lilian Mori Paskye, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Linos-Aleksandr Sisilyanos isə giriş sözü ilə çıxış ediblər.

Tədbirdə rəqəmsal dövrdə hüquqa və ədalət mühakiməsinə əlçatanlıq, müasir texnologiyaların cinayət mühakiməsinə təsiri kimi aktual məsələlər müzakirə olunub, nazirlər tərəfindən bu sahədə yeni tendensiyalara, innovasiyalara və yaxşı təcrübələrə dair təqdimatlar keçirilib.

Birinci sessiyada çıxış edən Ədliyyə naziri F.Məmmədov Azərbaycanda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlardan, o cümlədən məhkəmə fəaliyyətində rəqəmsal texnologiyanın tətbiqi üzrə həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə ölkəmizin müsbət təcrübəsini bölüşüb.

Dünya Bankı ilə əməkdaşlıqda yüksək texnologiya ilə təchiz olunmuş məhkəmə infrastrukturunun müasirləşdirilməsi, dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən yaradılmış "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və onun əsas komponentləri - məhkəmələrin vahid internet portalı, proses iştirakçılarının şəxsi elektron kabineti, məhkəmə qərarlarının vahid reyestri, habelə əmr icraatı üzrə işlərə elektron qaydada baxılması, məhkəmə fəaliyyətində süni intellektdən istifadə və s. barədə məlumat verilib.

Çıxışda iştirakçıların diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə cəlb edilib, Ermənistan rəhbərliyinin aqressiv bəyanatlarının beynəlxalq ictimaiyyətdə narahatlıq doğurduğu və buna ciddi reaksiya verilməsinin zəruriliyi vurğulanıb.

Ədliyyə naziri F.Məmmədovun çıxışının mətni iştirakçılar arasında paylanıb və Azərbaycanın təcrübəsi maraqla qarşılanıb.

Konfrans çərçivəsində Türkiyənin Ədliyyə naziri Abdulhamit Gül ilə ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə olunub, qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.

Eyni zamanda, bir sıra dövlətlərin Ədliyyə nazirləri, habelə Avropa Şurasının rəhbər şəxsləri ilə işgüzar görüşlər keçirilərək əməkdaşlığa dair danışıqlar aparılıb.

Tədbirlərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video