05:32 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ 18 rusiyalı diplomatı vizasız qoydu
ANA SƏHİFƏ / DÜNYA
17:54 15.10.2019


Rusiyanın BMT-nin Baş Assambleyasında nümayəndə heyəti ABŞ-a 18 viza ala bilməmiş və bu səbəbdən 74-cü sesiyanın tədbirlərində iştirak etməmişdir. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin məlumat vermişdir.

Kuzmin bu mövzuya təşkilatın hüquqi məsələlər üzrə Altıncı komitəsinin iclasında toxunmuşdur. Rusiyalıların viza ala bilməməsi adıçəkilən komitənin işinə də təsir etmişdir. Məsələn, Rusiya nümayəndələrinin çıxışlarını ingilis dilinə çevirməli olan tərcüməçiyə viza verilməmişdir.

On siyasətçiyə Amerika vizası verilməmişdir. Rusiya bunu biabırçılıq kimi qiymətləndirmişdir.

Bu ayın əvvəllərində BMT Baş Assambleyasının Birinci və Altıncı komitələri Rusiya təmsilçilərinə viza verilməməsi üzündən işini dayandırmışdır. Bir qədər sonra Kuzmin təsdiqləmişdir ki, komitələrin bu qərarı ABŞ-ın viza siyasəti ilə əlaqədardır: Vaşinqton Rusiya, Kuba, İran və bir sıra digər dövlətlərin nümayəndələrinə BMT-nin iclasında iştirak etmək üçün ölkəyə daxil olmağa icazə verməmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM