Alternative content

06:28 16 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
01:05 16.07.2020 “Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 110-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 88 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
00:56 16.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar
Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:38 15.10.2019

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi ənənələri sırasında vəzifələrinin icrasında fərqlənmiş sərhədçilərin xidmətlərinin qiymətləndirilməsi və onların təltifləndirilməsi xüsusi yer tutur.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15-də Dövlət Sərhəd Xidmətinin aparatında bununla bağlı növbəti tədbir keçirilib.

Xidmət rəisi, general-polkovnik Elçin Quliyev dövlət sərhədinin pozulmasının qarşısının alınması zamanı fərqlənmiş sərhədçilərlə görüşüb və yüksək təltifləri onlara təqdim edib.

Dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə sərhəd əməliyyatına rəhbərlik etmiş sərhəd zastavasının rəisi "Sərhəddə fərqlənməyə görə” medalı ilə, 4 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif edilib.

Çay süfrəsi arxasında davam edən görüşdə sərhədçilər əməliyyatın təfərrüatlarını məruzə edib, Vətənə xidmətdən şərəf və qürur duyduqlarını, dövlət sərhədinin toxunulmazlığını təmin etməyə, dövlət sərhədində hər hansı təxribatın qarşısını qətiyyətlə almağa hər zaman hazır olduqlarını vurğulayıblar. Onlar müddətli hərbi xidmətlərini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətində peşəkar xidmətə qəbul edilmək arzusunda olduqlarını bildiriblər.

General-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində dövlət sərhədinin etibarlı mühafizəsinin yüksək səviyyədə təmin olunmasını, bu istiqamətdə xidməti imkanların daha da gücləndirilməsi üçün ardıcıl işlərin davam etdirilməsini bildirib. Xidmət rəisi Azərbaycan sərhədçilərinin qəhrəmanlıq nümunələrinin şəxsi heyət arasında təbliğ edilməsi üzrə müvafiq göstərişlər verib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM