15 Oktyabr 2019 15:47
406
SİYASƏT
A- A+

Milli Məclisin nümayəndə heyəti Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak edir


Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov, Sona Əliyeva və Kamran Nəbizadədən ibarət Azərbaycan parlamentinin nümayəndə heyəti Parlamentlərarası İttifaqın oktyabrın 13-17-də Serbiyanın paytaxtı Belqrad şəhərində "Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən 141-ci Assambleyasında iştirak edir.

AZƏRTAC xəbər verir ki, dünyanın 154 ölkəsindən 1700 nəfərdən çox nümayəndənin iştirak etdiyi Assambleyanın açılışında Serbiyanın Milli Assambleyasının sədri Maya Qoykoviç, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron, BMT-nin Cenevrədəki ofisinin rəhbəri Tatyana Valovaya, Serbiyanın Prezidenti Aleksandr Vuçiç çıxış ediblər. Mərasimdə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin tədbir iştirakçılarına ünvanlanmış videomüraciəti nümayiş olunub.

Oktyabrın 13-də Assambleyanın Qadın Parlamentarilərin Forumunda qanunvericilikdə gender ayrı-seçkiliyinin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Sona Əliyeva çıxış edərək 101 il əvvəl Azərbaycanda qadın hüquqlarının İstiqlal bəyannaməsində təsbit olunduğunu qeyd edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər, son illər ərzində ölkəmizdə qadın hüquqları və gender bərabərliyi ilə bağlı qəbul olunmuş qanunlar barədə ətraflı məlumat verib. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı nəticəsində azərbaycanlı qadın və uşaqların hüquqlarının pozulması faktını iştirakçıların diqqətinə çatdırıb.

Assambleyanın oktyabrın 14-də keçirilən və gənclər siyasəti təcrübəsi, bu sahədə əldə edilmiş uğurlar, mövcud problemlərin həlli perspektivləri və gələcəkdə görüləcək işlərə həsr olunan Gənc Parlamentarilərin Forumunda Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov iştirak edib. O, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurları, gənclərlə iş sahəsində əldə olunmuş təcrübə və reallaşdırılan layihələr barədə məlumat verib, həmkarlarını maraqlandıran sualları cavablandırıb.

Həmin gün assambleyanın gündəliyinə təcili bənd qismində daxil edilməsi və bu yığıncaqda müzakirə edilərək qəbul olunması məqsədilə Hindistan tərəfindən "İqlim dəyişikliyi problemlərinin həlli”, Türkiyə tərəfindən "Terrorçuluğa qarşı mübarizədə və Suriyada davam edən münaqişənin həlli prosesində Qərb ölkələrinin ikili standartları”, Peru tərəfindən isə "Peruda demokratik prinsiplərə hörmət və demokratik sistemin bərqərar olunması” adlı qətnamə layihələri və başqa layihələr irəli sürülərək səsə qoyulub. Digər nümayəndə heyətləri ilə yanaşı, Azərbaycanın nümayəndə heyəti də səsvermədə iştirak edərək, hər zaman olduğu kimi, Türkiyənin layihəsini dəstəkləyib, ona qarşı irəli sürülmüş qətnamə layihəsinin isə əleyhinə səs verib. Səsvermə nəticəsində Hindistanın təklifi zəruri səs çoxluğu yığaraq Assambleyanın gündəliyinə daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video