15 Oktyabr 2019 12:45
708
Mədəniyyət
A- A+

Türkiyədə ermənilərin törətdikləri ağır cinayətləri ifşa edən daha bir roman işıq üzü görüb

Tanınmış yazıçı Mətin Yıldırımın qələmə aldığı "Günah dəhlizi” romanı Ankarada işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, Avrasiya Yazıçılar Birliyi tərəfindən nəşrə hazırlanan roman yazıçının sayca üçüncü əsəridir.

"Günah dəhlizi” romanı saxta "böyük Ermənistan” iddiasının erməni toplumunda türklərə qarşı formalaşdırdığı nifrətin acı nəticələrindən bəhs edir. Müəllif böyük ədəbi ustalıqla Türkiyə ərazisində qanunsuz yaşayan ermənilərin cinayətkar əməllərini oxuculara çatdırır. Ermənistandakı sosial-iqtisadi çətinliklər ucbatından qaçaq yollarla Türkiyəyə sığınan ermənilər son nəticədə yenə də cinayətkarlığı və xəyanət yolunu tuturlar. Roman İstanbulda qanunsuz yolla məskunlaşan erməni mütəşəkkil cinayətkar dəstənin bir türk ailəyə yaşatdığı məşəqqətləri incə çalarlarla oxucuya çatdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video