15 Oktyabr 2019 11:06
523
DÜNYA
A- A+

Vaşinqtonun türk və türkdilli icma nümayəndələri “Sülh çeşməsi” əməliyyatına dəstək mitinqi keçiriblər


ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan türk və türkdilli icmaların nümayəndələri Ağ evin qarşısına toplaşaraq, Türkiyənin "Sülh çeşməsi” əməliyyatına dəstək vermək məqsədilə aksiya keçiriblər. Türkiyə-Amerika Təşkilat Komitəsinin təşkilatçılığı ilə baş tutan aksiyada "YPG-PKK terrorçu təşkilatlardır”, "Biz Türkiyə ordusunu dəstəkləyirik”, "PKK uşaq qatilləridir” şüarları səsləndirilib.

Türk fəalları Ağ evin qarşısını qırmızı-ağ rəngləyərək, Türkiyənin bu savaşda tək olmadığını ucadan bildiriblər.

Separatçı terror təşkilatına qarşı şüarlar səsləndirən aksiya iştirakçıları ABŞ rəhbərliyini terror təşkilatı YPG-PKK-ya dəstəyini kəsməyə çağırıb.

Türkiyənin 1980-ci illərdən bəri PKK terror təşkilatının çoxsaylı hücumlarına məruz qaldığı ifadə olunub. Həmin terror aktları nəticəsində 30 mindən çox insanın öldürüldüyü qeyd edilib. Bu səbəblərə görə, ABŞ, Avropa İttifaqı və BMT PKK-nı terror təşkilatı adlandırıb. Bildirilib ki, Türkiyə ordusunun əməliyyatı dinc kürd əhalisinə qarşı deyil, YPG-PKK adlı silahlı terrorçu qüvvələrinə qarşı keçirilir.

Aksiya iştirakçıları qeyd ediblər ki, İŞİD yaraqlıları ilə mübarizədən sui-istifadə edən PKK həmin ərazidəki Suriya şəhərlərini yerli əhali olan türkmənlərdən və ərəblərdən təmizləmə kampaniyasına başlayıb. Bu əməliyyatlar zamanı yerli kürd əhaliyə qarşı da zorakılıqlar tətbiq edildiyi məktubda xüsusi vurğulanıb. Məhz bu səbəbdən, aksiyaya qoşulan bir neçə suriyalı ərəb də Türkiyəni dəstəkləyən şüarlarla tədbirdə çıxış edib.

Qarşı tərəfdən YPG-PKK bayrağını qaldıran bir neçə şəxs təxribat etməyə çalışıb, lakin Vaşinqton polisinin müdaxiləsi sayəsində onların planları gerçəkləşməyib.

Tədbirdə türklər tərəfdən 200-ə yaxın adam, həmçinin bir neçə Azərbaycan icması nümayəndəsi iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video