14 Oktyabr 2019 15:23
1007
Elm və texnika
A- A+

Yaqub Mahmudov: Azərbaycan-Çin əlaqələri qədim tarixə malikdir


Sevindirici haldır ki, Azərbaycanda Böyük İpək Yolunun dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb və bu sahədə işlər uğurla davam etdirilir.

AZƏRTACxəbər verir ki, bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masada jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Tarix İnstitutu dünyanın aparıcı tədqiqat mərkəzləri, elmi müəssisələri ilə əməkdaşlıq qurub. İnstitut Azərbaycan tarixinin dünya səviyyəsində araşdırılması istiqamətində fəaliyyətini günbəgün genişləndirir.

Yaqub Mahmudov vurğulayıb ki, Azərbaycan-Çin əlaqələri qədim tarixə malikdir. Tarix İnstitutu ilə Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutu arasında hər iki ölkədə Azərbaycan-Çin əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, bu mərkəzlərdə iki ölkə arasında əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq. Çinli alimlərin əsərləri Azərbaycanda, azərbaycanlı alimlərin əsərləri isə Çində nəşr olunacaq.

"Çində Azərbaycan haqqında məlumatların saxlandığı önəmli arxivlər var. Ümid edirəm ki, imzaladığım müqavilə ilə biz bu arxivlərə giriş əldə edəcəyik. Azərbaycan tarixi haqqında maraqlı faktların ictimaiyyətə çatdırılmasına nail olacağıq”, - deyə akademik Yaqub Mahmudov qeyd edib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video