Alternative content

00:46 23 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Boğucu zillət
Boğucu zillət
ANA SƏHİFƏ / Səhiyyə
00:24 13.10.2019


Dünyada milyonlarla insanın əziyyət çəkdiyi xəstəliklərdən biri də astmadır. Bəs bu xəstəliyə rəvac verən amillər nələrdir, astmanın müalicəsi mümkündürmü?

Həkim-ftiziatr Polad Muradov məlumat verir ki, bronxial astma allergiya mənşəli xroniki xəstəlikdir. Bronxların spazmı və selikli qişasının ödemi nəticəsində vaxtaşırı bronx keçiriciliyinin pozulması və boğulma tutmaları ilə müşayiət olunur. Bronxial astmaya allergen adlanan bir sıra kimyəvi, fiziki amillərə yüksək həssaslığı olan şəxslərdə təsadüf edilir. Yüksək həssaslıq bəzi hallarda irsi-konstitusional, bəzi hallarda isə orqanizmin allergenlə uzunmüddətli əlaqəsindən irəli gəlir. Coğrafi mühit, bitki örtüyü, rütubət, ifrat soyuma, kəskin temperatur dəyişiklikləri və digər amillər bronxial astmanın əmələ gəlməsi üçün şərait yaradır.

Hazırda bronxial astmanın iki klinik forması ayırd edilir: infeksion-allergik və qeyri-infeksion-allergik astma.

İnfeksion-allergik bronxial astmanı bakteriyalar, viruslar, mikroblar törədir. Bronxial astmanın bu növü əsasən tənəffüs orqanlarının xroniki xəstəliklərində baş verir.

Qeyri-infeksion bronxial astma heyvan və bitki mənşəli allergenlərin orqanizmə təsirindən əmələ gəlir. Heyvan mənşəli allergenlərə heyvan tükü və kəpəyi, quş lələyi, akvarium balıqları üçün quru yem və s., bitki mənşəli allergenlərə isə bitki tozcuqları, göbələk sporları, pambıq tozu, müxtəlif növ unlar və s. aiddir. Ev tozu məişət allergenlərindəndir. Kimyəvi maddələr, dərman tozu və aerozollar, platin, xrom, nikel, kobalt və s. metalların tozu bronxial astmanın törəməsinə səbəb ola bilir. Bitkilərin çiçəkləmə dövründə (aprel-iyun) bronxial astma tutmalarına daha çox təsadüf edilir. Ətraf mühitin çirklənməsi, kimya sənayesinin inkişafı, süni qida maddələrindən daha çox istifadə edilməsi allergiya və bronxial astma üçün şərait yaradır.


Fiziki iş, gərginlik də bronxial astma tutmalarına səbəb ola bilər


Həkim qeyd edir ki, bronxial astma xəstəliyinin yaranma səbəblərində orqanizmin reaktivliyinin xüsusi əhəmiyyəti var. Bu xüsusiyyətlərin bir qismi irsi, bir qismi isə sonradan qazanılma olur. Bronxial astmanın əmələ gəlməsində neyroendokrin sisteminin fəaliyyəti mühümdür. Bəzi hallarda fiziki iş, gərginlik bronxial astma tutmalarına səbəb ola bilər. Çox vaxt belə tutmalar 5-10 dəqiqə davam edib öz-özünə, bəzən də müəyyən dərmanın köməyi ilə ötüb keçir.

Xəstəliyin ən mühüm əlaməti boğulmadır. Əksər hallarda gecə vaxtı, qəflətən baş verir. Xəstədə hava çatışmazlığı, nəfəsvermə aktının uzanması, məsafədən eşidilən quru xırıltılar əmələ gəlir; bəzən isə öskürək olur. Müəyyən vaxtdan sonra tənəffüs yüngülləşir, bəlğəm ifraz olunur və tutma kəsilir. Bronxial astma tutması bir neçə dəqiqədən (saatdan) bir neçə günə qədər davam edə bilər. Uzunmüddətli və tez-tez baş verən bronxial astma tutmaları asmatik hal adlanır. Bu, bronxial astma xəstəliyinin ən ağır və şiddətli növüdür. Bronxial astmanın seyrək tutmaları ağciyərlərdə dəyişiklik əmələ gətirmir. Lakin tutmalar tez-tez baş verirsə, müəyyən vaxtdan sonra ağciyərlərin emfizeması, ürək çatışmazlığı kimi ağırlaşmalar baş verə bilər. Boğulma vəziyyəti təkcə bronxial astma ilə əlaqədar olmadığı üçün belə halda dərhal təcili yardım çağırmaq lazımdır.


İdman, dənizkənarı gəzinti, normal həyat tərzi bronxial astmanın qarşısını alır


Bronxial astmanın əmələgəlmə səbəbləri, klinik gedişi mürəkkəb olduğundan onun ümumiləşdirilmiş müalicəsi yoxdur. Orqanizmin fərdi xüsusiyyətlərindən, yaranma səbəblərindən, klinik gedişindən asılı olaraq xəstələrə fərdi müalicə təyin olunur. Müalicə həkimi xəstədə törədici amili düzgün müəyyənləşdirməli və əsas müalicəni həmin istiqamətdə aparmalıdır.

Müalicə zamanı aerozol və buna uyğun dərman preparatlarından istifadə olunur. Müalicə gimnastikasının da böyük əhəmiyyəti var.

Xəstəliyin profilaktikası əsasən sosial-gigiyenik və tibbi tədbirlərdən ibarətdir. Buna əmək şəraitinin yaxşılaşdırılması, siqaret çəkməyə qarşı mübarizə, havanın təmizliyi, orqanizmin möhkəmləndirilməsi aiddir. Kəskin və xroniki bronxitlərin, pnevmaniya və tənəffüs sisteminin digər xəstəliklərinin vaxtında və düzgün müalicəsi bronxial astmanın yaranma ehtimalını xeyli azaldır. Spirtli içkilər qida allergiyası üçün şərait yaradaraq bronxial astmanın gedişini ağırlaşdıra bilər. İdman məşğələləri, dəniz kənarında gəzintilər, normal həyat tərzi bronxial astmanın profilaktikasında əsas yer tutur.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM