Alternative content

09:55 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir yazının tarixçəsi
Bir yazının tarixçəsi
ANA SƏHİFƏ / Mədəniyyət
00:21 13.10.2019


Bu yaxınlarda İordaniyanın nüfuzlu qəzetlərindən biri sayılan "Əl-Dustur” qəzetində öz ölkəsində və onun hüdudlarından kənarda kifayət qədər tanınmış ərəb jurnalisti Maruan Sudahın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri haqqında və həm də Azərbaycanla bağlı məqaləsi dərc edilib.

Ölkəmizin uğurları, tərəqqisi və müasirliyi barədə yazılan hər bir yazının arxasında o yazını gündəmə gətirən, mətbuata çıxmasına təkan verən ciddi amillər dayanır. Bir qayda olaraq belə yazılar boşuna yaranmır və hər bir qələmin arxasında bizə bələd olan, ölkəmizə rəğbət bəsləyən bir sima dayanır. Əcnəbi jurnalistin İordaniya mətbuatında dərc olunan sonuncu çıxışı da bu baxımdan istisna deyil. S.Maruan demək olar ki, 50 ildən artıqdır ölkəmizə bağlı bir adamdır, uğurlarımıza sevinən və yeri gələndə bu mövzuya həvəslə toxunan qələm sahibidir.

Sudah Maruan sonuncu yazısında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda və onun hüdudlarından kənardakı fəaliyyətinin aspektlərindən danışır, onun gördüyü işlərin bütün dünya və Şərq üçün nə qədər vacib olduğunu ərəb oxucularına belə açıqlayır: "Mehriban xanımın dünyanın ən müxtəlif ali orden və mükafatlarına layiq görülməsi onun dünyada humanitar sahədəki fəaliyyətinin, beynəlxalq sülhün, xalqlar arasında dostluq və qardaşlığın güclənməsində, xüsusilə dünyanın bu gün də şahid olduğu ağır münaqişələrlə mübarizədə göstərdiyi xidmətlərin nəticəsidir. O, eləcə də islam aləmində, Azərbaycanın İordaniya və ərəb dünyası ilə münasibətlərində, ərəb dünyasının birinci xanımları, o cümlədən kraliça Raniya Abdullahla əlaqələrin inkişafında da böyük rol oynayır.

Mehriban Əliyevanın tərcümeyi-halında onun uşaqların, qaçqın və məcburi köçkünlərin problemlərinə, müxtəlif sosial təbəqələrin və qrupların mədəni dünyagörüşünün inkişafına dəstəyindən geniş bəhs olunur. O, ərazicə kiçik, amma Qafqaz regionunda, Xəzər dənizi hövzəsində və Cənub-Qərbi Asiyada strateji əhəmiyyətə malik ölkəsinin övladlarının həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi maraq göstərir və bu, əlbəttə ki, diqqətəlayiqdir”.

Müəllif yazısında daha sonra onu Azərbaycana bağlayan dostluq əlaqələrinin yarıməsrlik tarixinə də aydınlıq gətirir: "Şəxsən məni Azərbaycanla, xüsusilə keçmiş Sovet İttifaqı dövrünə aid Bakı radiosu ilə çox qədim əlaqələr bağlayır. Azərbaycandan mükafatlar almışam, ölkənin bir neçə diplomatı və siyasətçisi ilə şəxsi tanışlığım var. Bakıya Azərbaycan Respublikasının İordaniya Haşimi Krallığında ilk səfiri, mərhum qardaşım Elman Araslının vasitəsilə, Azərbaycan hökumətinin dəvətilə səfər etmişəm. Orada bütün sahələrdə gedən inkişaf, dövlətin müxtəlif sivilizasiyalara, mədəniyyətlərə, dinlərə, inanclara açıqlığı məni heyrətləndirib. Azərbaycana səfər edən hər kəs ölkədəki inkişafı küçələrdə, yollarda, eləcə də zamanın nəbzini özündə əks etdirən müasir göydələnlərdə, qədim və tarixi memarlıq abidələrində görə bilər”.

S.Maruan, demək olar ki, uşaqlıqdan mehrini Azərbaycana salan insanlardandır. Atası SSRİ-İordaniya Dostluq Cəmiyyətinin sədri olub, bu səbəbdən qızı Muna, oğlu Maruan da Sovet İttifaqının ən nüfuzlu ali məktəblərində təhsil alıblar. Maruanla tanışlığımızın tarixçəsi də 1978-ci ildə - Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsindən başlayır. Yataqxanamızın adına "DAS” deyirdik - tələbə və aspirantlar evi. Burada sovet tələbələri ilə yanaşı, yüzlərlə əcnəbi də qalırdı. Ötən əsrdən başlayan dostluğumuz qırx ildən artıqdır ki, davam edir.

S.Maruan həm də Bakı Humanitar Forumunun iştirakçısı olub, Azərbaycan haqqında dəfələrlə ərəb mətbuatında çıxış edib. Eyni zamanda "Azərbaycan” qəzetində də məqalələri oxucuların diqqətini çəkib. Beynəlxalq mövzularda yazan jurnalist kimi dəfələrlə Çində, Rusiyada, Koreyada olub. Bir çox mükafatla təltif edilib. Onun qəzetimizdə dərc olunan "Ərəb baharı” adlı müsahibəsində böyük güc mərkəzləri tərəfindən "ixrac” edilən bu inqilabın bütün Şərq üçün doğura biləcəyi təhlükələr barədə verdiyi proqnozlar həqiqətə çevrildi.

Bu gün dövlətimizin xarici siyasətində xüsusi önəm verdiyi sahələrdən biri də Azərbaycan reallıqlarının dünya KİV-də təbliği, islahatların, iqtisadi uğurların və eyni zamanda mədəniyyətimizin, tariximizin bütün dünya KİV-də geniş təbliğidir. S.Maruanın Bakı Humanitar Forumuna dəvət edilməsi, ölkə ilə daha ətraflı tanışlığına şəraitin yaradılması müasir Azərbaycanın daha geniş və daha dolğun təbliğatı istiqamətində dövlətimizin atdığı addımların bariz nümunəsidir. Maruanla sonuncu telefon danışığımızda bildirdi ki, son vaxtlar İordaniyadakı Azərbaycan səfirliyinin fəaliyyətində ciddi yeniliklər müşahidə olunur. Səfirlik İordaniya mətbuatı ilə geniş əməkdaşlıq əlaqələri qura bilir, Azərbaycanla bağlı səhifələr hazırlayır.

Bizim üçün qəzetçi kimi sevindirici haldır ki, ölkəmizin birbaşa və dolayısı təbliğində illərdir ki, "Azərbaycan” qəzeti də iştirak edir. Belə ki, S.Maruandan başqa "Azərbaycan” qəzetində "İzvestiya” qəzetinin keçmiş baş redaktoru Vitali Abramov, "Komsomolskaya pravda” qəzetinin əlavələrindən birinin redaktoru İqor Suxanov və Rusiyanın nüfuzlu jurnalistləri çıxış ediblər, öz ürək sözlərini deyiblər və Azərbaycanda görülən işlərə heyran qaldıqlarını bildiriblər.

Hər yazılan yazının, hər deyilən sözün arxasında səmimilik, isti münasibətlər durur. Azərbaycana gələn jurnalistlərin əksəriyyəti bir nəfər kimi unikal və bənzərsiz ölkəyə səfər etdiklərini etiraf ediblər, insanların mehribanlığını, gülərüzlüyünü, qonaqpərvərliyini hamı bir nəfər kimi təsdiq edib, Bakını isə Şərqin möcüzəsi sayıblar.

Ərəb jurnalisti S.Maruan da Bakı Humanitar Forumunda özünü evindəki kimi sərbəst hiss edirdi. Media təmsilçiləri, eləcə də forumun bakılı iştirakçıları ilə səmimi və ürəkdən söhbət edirdi. Yəni ki, Bakıda qərib deyildi. Ümumiyyətlə, ən maraqlısı da elə budur: Bakı dünyanın digər meqapolisləri kimi, qonaqlarına qarşı yad və soyuqqanlı deyil.

S.Maruan belə hesab edir ki, ölkələrin və mədəniyyətlərin qarşılıqlı təbliğatında şəxsi əlaqələrin, xalq diplomatiyası səviyyəsində birbaşa təmasların qurulması da vacibdir. Belə əlaqələr xalqları yaxınlaşdırır, daha faydalı əməkdaşlığın özülünü qurmağa yardım edir. O deyir ki, Azərbaycana gəlməsi, hər şeyi öz gözləri ilə görməsi Mehriban xanım Əliyevanın misilsiz xidmətlərini ona daha dərindən dərk etməyə imkan yaradıb. Birinci xanımın tolerantlıq və sülh dəyərlərinə töhfəsi onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkədaxili və beynəlxalq arenadakı ən uca hədəflərindəndir: "Bu, özünü Azərbaycanın dini plüralizm konsepsiyalarında da göstərir. Bu ölkədə müxtəlif dinlərin nümayəndələri çiyin-çiyinə, harmoniya şəraitində, heç bir problem olmadan yaşayır. Mehriban Əliyeva müxtəlif dinlərin təmsilçiləri arasında dialoqa, hərtərəfli sülhün bərqərar olmasına çağıran davamlı beynəlxalq tədbirlərin təşkilinə böyük töhfələr verir”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM