Alternative content

22:49 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatıb
ANA SƏHİFƏ / Təhsil
00:20 13.10.2019


Bakı Expo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ("EduExpo”) oktyabrın 12-də başa çatıb. AZƏRTAC xəbər verir ki, üç gün davam edən sərgiyə 22 ölkədən 150-dən çox təhsil qurumu qatılıb.

Sərginin sonuncu günü Rusiya Yazıçılar İttifaqının üzvü, "Smeşariki” layihəsinin həmmüəllifi və "Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İqor Şevçuk ilə görüş keçirilib. Görüşdə uşaqlara cizgi filmi təqdim olunub. İqor Şevçuk uşaqlarla əyləncəli oyunlar keçirib. Rusiyalı yazıçı ilə görüş uşaqların marağına səbəb olub.

"Landau School” və "Leznik&Co” şirkətlərinin həmtəsisçisi Emil Leznik, "Dərs Evi” təhsil mərkəzinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə meneceri Elvira Bağırova, "You will speak” təhsil mərkəzinin direktoru Günay Rəsulova, "CELT Colleges” dil kurslarının direktoru Baba Kərimli və "Motivated Outstanding Mothers” təşkilatının təsisçisi Aysel Hüseynovanın iştirakı ilə "EduTalks” - "Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər” mövzusunda müzakirə paneli təşkil olunub. Ekspertlər panel çərçivəsində sərgi auditoriyası ilə "canlı” dialoq formatında müasir təhsil xüsusunda öz fikirlərini bölüşüblər.

Təhsil sərgisi ("EduExpo”) çərçivəsində "Azərbaycanda Erasmus+” mövzusunda təqdimat olub. Təqdimatı Azərbaycanda Milli "Erasmus+” ofisinin direktoru Pərviz Bağırov edib. O, "Erasmus+” proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlar və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini məlumatlandırıb. Bildirib ki, "Erasmus+” Avropa İttifaqının xaricdə təhsil almaq üçün gənclərə dəstək olan ən böyük təhsil proqramıdır. Proqram Azərbaycandan hər il 1000 nəfərə xaricdə pulsuz təhsil almaq imkanı verir. "Erasmus+” ofisi ölkəmizdə təhsil siyasətinin inkişafını yaxından izləyir. İnteraktiv şəkildə təşkil olunan təqdimatda iştirakçıların sualları cavablandırılıb.

Sərginin sonuncu iş günündə məktəblilər üçün "Fibonaççi”, "Babil qüllələri” və "Octopus” kimi bir sıra intellektual oyunlar da keçirilib.

Yerli və xarici ali təhsil müəssisələrinin, eləcə də Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə "B2B” formatlı görüşlər keçirilib.

Beynəlxalq Təhsil Sərgisinin maraqlı məqamlarından biri də Avropa universitetlərinin təqdimatı olub. Təqdimatda iştirakçılara Avstriya, Latviya, Fransa, Rumıniya və Macarıstanda təhsil, Şərq Tərəfdaşlığı Avropa Məktəbi və "Erasmus+” proqramı haqqında ətraflı məlumat verilib. İştirakçılar, eyni zamanda, bu ölkələrin ali təhsil sistemi, tədris və təqaüd proqramları, universitetlərə qəbul qaydaları barədə məlumatlandırılıb. İnteraktiv şəkildə davam edən təqdimatda suallar cavablandırılıb.

"EduExpo 2019” sərgisində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt, Gəncə, Lənkəran Dövlət universitetləri olmaqla ümumilikdə 44 yerli ali təhsil müəssisəsi iştirak edib.

Bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim ediblər. Eyni zamanda, Avropa İttifaqının birləşmiş stendi debüt edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM