12 Oktyabr 2019 17:40
605
SİYASƏT
A- A+

RF Dövlət Dumasının deputatı: Njdeyə heykəl qoyulması cinayətdir


RF Dövlət Dumasının deputatı Dmitri Savelyevin fikrincə, Rusiya İkinci Dünya müharibəsinin tarixini yenidən yazmaq istəyənlərə layiqli cavab verməlidir.

AZƏRTAC xəbər verir ki, D.Savelyevin sözlərinə görə, Njdenin nasistlərin əlaltısı olmasını və Qızıl ordunun arxa cəbhəsində təxribatlar törətmək üçün agentlər cəlb etməsini təsdiqləyən rəsmi sənədlər var.

D.Savelyev deyib: "Ermənistanda Qaregin Njdeyə heykəl qoyublar. Njdenin nasistlərin əlaltısı olmasını, Qızıl ordunun arxa cəbhəsində təxribatlar törətmək üçün Bolqarıstanda agentlər cəlb etməsini təsdiqləyən rəsmi sənədlər var. Ona isə heykəl qoyurlar. Krasnodar diyarının Armavir şəhərində də Njdeyə memorial qoyulduğunu biləndə çox hiddətləndim. Mənim fikrimcə, "nasizmin reabilitasiyası” cəhdi olan bu fakt həm Rusiya qanunlarına, həm də beynəlxalq qanunlara görə cinayət kimi tövsif edilməlidir. Bunun başqa adı yoxdur. Njdeyə heykəllər qoyulması nasist caninin qəhrəman kimi qələmə verilməsi deməkdir. Burada başqa fikir ola bilməz. Əgər Ermənistana qəhrəman lazımdırsa, Cənub-Qərb cəbhəsində nasistləri darmadağın etmiş, sonra isə Belorusiya cəbhəsinə rəhbərlik etmiş Sovet İttifaqı marşalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Baqramyanı niyə xatırlamırlar? Ermənistanda görkəmli qəhrəmanlar, Böyük Qələbənin yaxınlaşdırılmasında mühüm rol oynamış şəxslər olub, amma orada nədənsə Njde kimi son dərəcə şübhəli şəxslərə heykəl qoyularlar. Bu fakt belə hadisələrin əsl səbəbi barədə düşünməyə məcbur edir. Rusiya bu cür hadisələrə adekvat cavab verməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video