12 Oktyabr 2019 17:35
595
İQTİSADİYYAT
A- A+

Ötən il Azərbaycanla Avstriyanın ticarət dövriyyəsi 2 dəfəyədək artıb


İqtisadiyyat naziri Şahin Mustafayevin Avstriya Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğu, Avstriya ilə əməkdaşlığa böyük önəm verildiyi, tərəfdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında müvafiq müqavilə-hüquq bazasının yaradıldığını, 40-dək sənəd, o cümlədən Azərbaycan və Avstriya arasında Dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə imzalandığını deyib. Bildirib ki, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurası, Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəliyi ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfə verir.

Diqqətə çatdırılıb ki, Azərbaycanla Avstriya arasında iqtisadi-ticarət əlaqələri genişlənir. Ötən il ölkəmizin Avstriya ilə ticarət dövriyyəsi 2 dəfəyədək artıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələr üzrə 50-dək Avstriya şirkəti qeydiyyatdan keçib. Avstriya şirkətləri ölkəmizdə dövlət əsaslı layihələrdə də iştirak edirlər.

İqtisadi əməkdaşlığın genişləndirilməsinə gəlincə, İqtisadiyyat naziri əlaqələrin müxtəlif istiqamətlər, xüsusilə investisiya, nəqliyyat-tranzit, sənaye, turizm, səhiyyə, əczaçılıq və tibbi ləvazimatların istehsalı sahələrində inkişaf etdirilməsi üçün böyük potensialı qeyd edib. Vurğulayıb ki, Avstriya şirkətləri, həmçinin əlverişli biznes və investisiya mühitindən yararlanmaqla, ölkəmizdəki sənaye parkları və məhəllələrinə investisiya yatıra bilərlər.

Avstriya Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri A.Rayxhardt ölkəsi ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, ikitərəfli əlaqələrin gücləndirilməsi üçün intensiv görüş və müzakirələrin önəmini vurğulayıb.

Avstriya şirkətlərinin rəhbərləri fəaliyyət istiqamətləri barədə məlumat verib, azərbaycanlı həmkarları ilə əməkdaşlıq barədə təkliflərini bildiriblər.

Görüşdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi idarə heyətinin sədri Zaur Əliyev və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov da iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video