Alternative content

23:37 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tahir Mirkişili: Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir
Tahir Mirkişili: Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir
ANA SƏHİFƏ / SİYASƏT
17:25 12.10.2019

Müasir dünyada faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəmanlaşdırılması ən təhlükəli meyldir. Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist Qaregin Njdeyə rəsmi olaraq heykəl ucaldıb və onu milli qəhrəman statusuna yüksəldib. Njdenin faşistlərlə əlaqəsi, 25 minlik erməni faşist legionun yaradılmasında rolu, bütün keçmiş sovet xalqlarından formalaşan sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə qarşı soyqırımda aktiv iştirakı danılmazdır və sənədlərlə artıq sübut olunub. Qaregin Njde həm də 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin törədilməsinə də başçılıq edib.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O deyib: "Belə bir faşist cinayətkara Ermənistan hökuməti tərəfindən heykəl qoyulması, ilk növbədə, Ermənistanın əvvəlki hökumətinin xislətindən, faşist ideyalarının daşıyıcısı olmasından irəli gəlib. Çünki məhz onlar eyni faşist metodları ilə Dağlıq Qarabağda azərbaycanlıların qətlinin müəllifləri idi.

Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda MDB ölkələrini dövlət başçıları görüşündə bu məsələni qaldırması, tarixi faktlarla əsaslandırması və Ermənistanın indiki hökumətini heykəlin götürülməsinə çağırması faşizmə qarşı 20 milyondan çox qurban vermiş indiki MDB ölkələrinin ərazisində olan bu qara ləkənin təmizlənməsinə çağırış idi. Bu, həm də Ermənistan hökumətinin faşizmə qarşı vuruşmuş öz erməni xalqına hörmət etməsinə bir çağırış idi. Bu, həm də indiki erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısının alınmasına bir çağırış idi”.

Deputat bildirib ki, regionda sülh, əmin-amanlıq və mehriban birgə yaşayışda ən çox maraqlı olan bir ölkə kimi Azərbaycan qonşuluğunda faşizm ideyaların çiçəklənməsinə qarşıdır və bunu regionun xalqları üçün ən böyük təhlükə görür. Məsuliyyətli və regionun gələcək taleyində maraqlı olan bir lider kimi Prezident İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM