05:59 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ yenidən Səudiyyə Ərəbistanına əlavə kontingent göndərir
ANA SƏHİFƏ / DÜNYA
13:49 12.10.2019


ABŞ Səudiyyə Ərəbistanına hərbi qulluqçular və iki qırıcı təyyarələr eskadrilyasından ibarət əlavə kontingent göndərir. Bundan əlavə, Vaşinqton Ər-Riyada iki "Patriot” zenit-raket kompleksi və THAAD yerüstü raket əleyhinə kompleks verəcək. Müvafiq bəyanatla ABŞ Müdafiə Nazirliyi çıxış etmişdir.

Beləliklə, ABŞ ötən ayın əvvəllərindən bəri krallığa 3 minə yaxın hərbçinin göndərilməsinə razılıq vermişdir. Sentyabrın axırlarında Səudiyyə Ərəbistanına 200 hərbçi, "Patriot” zenit-raket kompleksləri və 4 radiolokasiya sistemi göndərilmişdir.

Bu arada Pentaqon bir daha bildirmişdir ki, Vaşinqton İran rejimi ilə münaqişəyə can atmır. Lakin ABŞ hər hansı böhrana cavab verməyə, qüvvələrini və maraqlarını müdafiə etməyə hazır olmaq üçün regionda hərbi mövcudluğunu qoruyub saxlamaq niyyətindədir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM