Alternative content

09:41 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın Konstitusiya Məhkəməsi Paşinyanı məyus edə bilər
Ermənistanın Konstitusiya Məhkəməsi Paşinyanı məyus edə bilər
ANA SƏHİFƏ / DÜNYA
11:54 12.10.2019

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyanın "şeytanın vəkili” adlandırdığı (sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan nəzərdə tutulur) Konstitusiya Məhkəməsinin (KM) sədri Hrayr Tovmasyanla baş nazir Nikol Paşinyanın arasında mübarizə artıq kulminasiya nöqtəsinə çatır. Hökumət başçısının "Mənim addımım” parlament fraksiyasının məhkəmə sədrinin səlahiyyətlərinə xitam verilməsi barədə qərarı KM-də oktyabrın 14-də baxıla bilər.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, KM-nin nümayəndəsi qanunla parlamentin qərarına 30 gün müddətində baxıla biləcəyini qeyd edib. Lakin Paşinyan və onun tərəfdarları hökumətin siyasətini sərt tənqid edən Tovmasyanın tez bir zamanda vəzifədən kənarlaşdırılmasında təkid edirlər. Məhkəmədən daxil olan məlumatlar isə söyləməyə əsas verir ki, yüksək məhkəmənin hakimləri parlamentarilərin müraciətinə baxmaqdan imtina edə bilərlər.

Xatırladaq ki, hakimiyyət nümayəndələri Tovmasyanın sabiq prezident Koçaryanın işi üzrə məhkəmə iclasında iştirakını qanunsuz hesab edirlər. Onlar bildirirlər ki, Konstitusiya Məhkəməsinin sədri ölkənin üçüncü prezidenti Serj Sarkisyanın partiyasının tərəfdarıdır və siyasi sifarişləri yerinə yetirir.

Bundan başqa, bu yaxınlarda KM sədrinin bacısı – jurnalist Anjela Tovmasyan da Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatlarını tənqid etdiyi üçün hakimiyyət tərəfindən təqiblərə məruz qalıb. Onun ofisinə basqın edilib, əleyhinə qarayaxma kampaniyası başladılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM