12 Oktyabr 2019 02:29
532
İQTİSADİYYAT
A- A+

Ağdamda payız-tarla işləri uğurla davam etdirilir


Ağdam rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri bəzi kənd təsərrüfatı məhsullarının yığımı ilə yanaşı, payızlıq bitkilərin səpinini davam etdirir, növbəti təsərrüfat ilinə hazırlaşırlar.

Rayon statistika idarəsinin rəisi Xosrov İsmayılov bildirib ki, hazırda əsas diqqət strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına yönəlib. Əgər 2018-ci ilin müvafiq dövründə 2056,7 ton pambıq yığılmaqla məhsuldarlıq 6,6 sentner idisə, cari ilin müvafiq dövründə 3146,7 ton məhsul yığılaraq məhsuldarlıq 12,1 sentner təşkil edir. Bundan başqa, indiyədək 105 hektardan 3627,3 ton şəkər çuğunduru yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 345,5 sentnerdir.

Rayonun fermerləri payız səpinini də uğurla davam etdirirlər. İndiyədək məhsul yığımı başa çatmış sahələrin 493 hektarında təkrar əkin aparılıb, 13 min 224 hektar sahə şumlanıb, 1329 hektar sahədə payızlıq bitkilər səpilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video