11 Oktyabr 2019 14:25
513
İQTİSADİYYAT
A- A+

Əfqanıstanlı nazir: Növbəti aylarda Azərbaycan-Əfqanıstan investisiya forumunun keçirilməsi planlaşdırılır


Qarşıdakı aylarda Azərbaycan-Əfqanıstan investisiya forumunun keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən Əfqanıstan məhsulları sərgisi çərçivəsində jurnalistlərə müsahibəsində Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhməd deyib.

O qeyd edib ki, bu sərgi Əfqanıstan-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcək: "Azərbaycan tərəfinə sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlığımızı bildiririk. Biz artıq təkcə ticarət sahəsində deyil, nəqliyyat-tranzit sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Azərbaycan artıq nəqliyyat-tranzit mərkəzə çevrilib, biz bundan istifadə etmək istəyirik. Bu gün investisiya imkanları ilə bağlı növbəti aylarda forumun keçirilməsi ilə bağlı müzakirələr apardıq. Gördüyünüz kimi, burada Əfqanıstan iqtisadiyyatının müxtəlif sahələrini, o cümlədən kənd təsərrüfatı məhsulları, dağ-mədən sənayesi, təbii ehtiyatlar, səhiyyə və digər sahələri təmsil edən 50-dək iş adamından ibarət nümayəndə heyəti var. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz güclü tarixi və siyasi mədəni köklərlə bir-birinə bağlıdır. Qarşıdakı aylarda keçiriləcək tədbirlərin bu sahədəki əməkdaşlığımızı daha da möhkəmləndirəcəyinə inanırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video