11 Oktyabr 2019 13:40
420
SİYASƏT
A- A+

MDB PA-nın Daimi Komissiyasının iclasında ermənilərin təxribat xarekterli təklifi qəbul olunmayıb


Oktyabrın 10-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB PA-nın siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı deputatlar Rüfət Quliyev, Rasim Musabəyov və Azərbaycan Respublikasının MDB PA-dakı səlahiyyətli nümayəndəsi - PA Şurası baş katibinin Aydın Cəfərov təmsil ediblər.

İclasda deputat Rüfət Quliyev yenidən MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyasının sədr müavini seçilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan bütün məsələlərdə fəal iştirak edərək, psinsipial mövqe nümayiş etdiriblər.

Xüsusilə iclasın gündəliyindəki ikinci məsələ - MDB PA müşahidəçi statusunun əsasnaməsinin layihəsinin müzakirəsi çox gərgin keçib. Deputatlar Rüfət Quluyev, Rasim Musabəyov və Aydın Cəfərovun çıxışlarından sonra ermənilərin təxribat xarakterli təkliflərinin qarşısı qətiyyətlə alınıb.

Belə ki, Asiya müsəlman ölkələrinə MDB PA-da müşahidəçi statusu verilməsi hələ keçən iclasda müzakirə olunub və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə təklif olunub ki, əsasnamə ilə əlaqədar konkret təkliflər versinlər.

Ancaq Ermənistan parlamentindən elə təxribat xarekterli təkliflər daxil olub ki, bu, Asiya müsəlman dövlətlərinə müşahidəçi statusunu verilməsini əngəlləyirdi. Müsəlman dövlətlərinə qərəzli erməni münasibəti bizim deputatları çox hiddətləndirib və iclasda onlar erməni tərəfinin təkliflərinə qarşı kəskin mövqedən çıxış edərək, onun qəbul olunmasına yol verməyiblər.

Sonda iclasda qərara alınıb ki, əsasnamənin layihəsi yenidən işlənmək üçün MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə göndərilsin.

Qeyd olunub ki, ya yeni konstruktiv layihə hazırlansın, ya da keçən il təqdim olunmuş layihə qüvvədə saxlanılsın.

Həmçinin nümayəndə heyətimizin üzvləri təklif ediblər ki, lazım gəldiyi təqdirdə layihə MDB PA-da hüquqi ekspertizadan keçirilsin. Beləliklə, ermənilərin daha bir antimüsəlman təxribatının qarşısı tam kəskinliyi ilə alınıb.

İclasda "1941-1945-ci illərdəki Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş MDB PA-nın MDB dövlətlərində keçiriləcək tədbirləri” müzakirə olunub.

Müzakirələrdə fəal iştirak edək Rüfət Quliyev təklif edib ki, qələbənin 75-ci illiyi ilə əlaqədar "Xatirə medalı” təsis edilsin və bu medal müharibə dövründə vuruşan və çalışan ön və arxa cəbhənin sağ olan iştirakçılarına təqdim edilsin. Təklif iclas iştirakçıları və PA vəzifəli şəxsləri tərəfindən böyük razılıqla bəyənilib və MDB PA rəhbərliyinə çatdırılması nəzərdə tutulub. Digər müzakirə olunan məsələlərdə də Azərbaycan parlamentinin nümayəndə heyəti fəallığı ilə seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video