11 Oktyabr 2019 13:38
424
SİYASƏT
A- A+

Oruc Zalov: Azərbaycan daxili işlər orqanları qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır


Azərbaycan daxili işlər orqanları qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Seçkilərin sabit şəraitdə keçirilməsi üçün daxili işlər orqanları böyük məsuliyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri dairə seçki komissiyalarının sədrləri üçün keçirilən geniş müşavirədə Daxili İşlər nazirinin müavini Oruc Zalov deyib.

Oruc Zalov qeyd edib ki, bu seçkilərdə də daxili işlər orqanları şəxsi heyətin sayıqlığının artırılması, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində çalışacaqlar. Təşviqat qruplarının təhlükəsizliyinin təmin olunması da daxili işlər orqanlarının xüsusi diqqət mərkəzində olacaq. Seçki bülletenlərinin yerlərə çatdırılması üçün əməli işlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video