11 Oktyabr 2019 13:28
413
DÜNYA
A- A+

İsrail politoloqu: Ermənistanda səfirliyin açılması planlaşdırılmır


İsrail Knessetinin sabiq deputatı, ermənilərin yəhudi politoloqlar arasında özlərinə yaxın hiss etdikləri yeganə siyasətçi Aleksandr Tsinker bəyan edib ki, onun ölkəsinin Ermənistanda səfirlik açmaq niyyəti yoxdur.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, A.Tsinker İsrailin Yerevanda diplomatik nümayəndəlik açmağı planlaşdırmadığını iki əsas səbəb - iqtisadiyyatı zəif olan Ermənistanla İsrail arasında ticari-iqtisadi əlaqələrin çox zəif olması, habelə monoetnik siyasət aparan bu ölkədə yəhudi icmasının olmaması ilə əlaqələndirib.

Eyni zamanda, İsrail-Ermənistan beynəlxalq ictimai forumunun da həmsədri olan politoloq "Sputnik” radiosunun efirində bildirib ki, "böyük diaspor olduğu halda meydana çıxan bir çox məsələlərin həlli üçün diplomatik nümayəndəlik lazımdır. Həmçinin, məsələnin sırf maliyyə tərəfi da mövcuddur”.

Xatırladaq ki, sentyabrda Ermənistan hökuməti İsraildə özünün səfirliyini açmaq barədə qərar qəbul edib və qarşı tərəfdən də analoji addım gözləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video