10 Oktyabr 2019 21:28
896
Təhsil
A- A+

Ceyhun Bayramov: “EduExpo” təhsil sahəsində yeni layihələrin həyata keçirilməsinə töhfə verəcək


13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi - "EduExpo” təhsil sahəsində gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə dəyərli töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Təhsil naziri Ceyhun Bayramov 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimində jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, builki sərgidə 22 ölkədən 150-dən çox təhsil strukturu təmsil olunur.

Ceyhun Bayramov qeyd edib ki, Təhsil Nazirliyi hər il olduğu kimi, bu il də sərgidə həm təhsilin məzmunu, həm də müasir təhsil texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda təmsil olunur. Sərgidə "Rəqəmsal bacarıqlar” layihəsi, "Univerium” yataqxanası, "Escape room”, "Məktəbdənkənar fəaliyyət”, "Təhsil Texnologiyaları Mərkəzi”, "Gənc Müəllimlər Assosiasiyası”, "Bir tələbə-könüllü proqramı”, "SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini daşıyan "Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin "Təhsil TV” onlayn telekanalı kimi layihələri nümayiş olunur. Sərgidə, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi iştirak edir.

"Sərgi çərçivəsində müxtəlif tədbirlər də təşkil olunacaq. İnanıram ki, sərgi iştirakçıları gözlədikləri nəticələrə nail olacaqlar. Eyni zamanda, ziyarətçilər sərgidən maraqlı informasiyalar əldə edəcəklər”, - deyə Ceyhun Bayramov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video