Alternative content

00:54 18 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oğullar əsgər gedir, ata-ana xeyir-duası ilə...
Oğullar əsgər gedir, ata-ana xeyir-duası ilə...
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:08 10.10.2019


Hər bir ailədə oğlan uşağı doğulanda toy-bayram yaşanır. Bu ona görədir ki, "Oğul düşmənə çəpərdir” deyib ulularımız.

Böyüyəndən sonra valideynə arxa-dayaq olmaqla yanaşı, vətənin keşiyini çəkəcək oğlanın dünyaya gəlməsinə sevinib insanlar. Bu elə indi də belədir. Axı ən çətin, ağır zamanlarda vətəni, torpağı, eli-obanı oğullar, kişilər qoruyurlar.

Hacıqabul Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin həyətinə xeyli adam yığılmışdı. Birazdan çağırışçılar təntənə ilə hərbi hissələrə yola salınacaqdı. Çağırışçıların və valideynlərin bir neçəsindən hansı hissləri keçirdiklərini söyləmələrini xahiş etdik. Çağırışçı Elnur Rəhimov dedi ki, Hacıqabul rayonunun Talış kəndindəndir. Orada boya-başa çatıb. Orta məktəbdə oxuyarkən idmanın qaydasız döyüş növü ilə məşğul olub. Elnurun atası Elçin Rəhimov söhbətə qoşuldu:

- Ailəmizin böyük övladıdır, özündən kiçik bir qardaşı və bir bacısı var. İnşallah, əsgərlikdən gəlib təhsil alar, ailə qurar. Mən II qrup Qarabağ müharibəsi əliliyəm. Füzulinin Kürdmahmudlu, Alxanlı, Qaraxanbəyli və Tərtərin Seysulan kəndlərində vuruşmuşam. 1994-cü il aprel ayının 26-da Seysulanda gedən ağır döyüşdə ölümcül yaralandım. İndinin özündə ciyərlərimdə qəlpələr gəzdirirəm. Lakin buna baxmayaraq, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev əmr versə, silaha sarılıb Qarabağı yağı düşməndən azad etməyə mən də hazıram. Söhbət etdiyimiz digər çağırışçı Allahverdi Ağayevin üz-gözündən sevinc yağırdı. Hiss olunurdu ki, o da vətən qarşısındakı borcunu verməyə getməyindən məmnundur. Allahverdi bu il Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecini bitirib. İdmanın karate növü ilə məşğul olur. Ailənin yeganə oğludur.

Anası Yaqut xanım və atası Qalib Ağayevlər onu ötürməyə gəlmişdilər. Qalib Ağayev 27 ildir ki, Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət edir. 1993-1995-ci illərdə Füzulinin Böyük Bəhmənli, Bala Bəhmənli, Arayatlı, Kərimbəyli kəndlərində gedən döyüşlərdə iştirak edib. O, fikirlərini bizimlə belə bölüşdü:

- Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən plenar iclasındakı çıxışı hər bir azərbaycanlı kimi mənim də ürəyimcə oldu. O, Ermənistana növbəti siyasi diplomatik zərbə vurub, düşmən ölkənin baş nazirini mat vəziyyətinə saldı. Bütün dünya İlham Əliyevin böyük siyasətçi olduğunu bir daha təsdiq etdi. Belə bir lideri olan xalq mütləq qalib gələcəkdir. Yaxşı olar ki, sülh yolu ilə torpaqlarımız geri alınsın. Müharibə olarsa, mən də oğluma qoşulub cəbhəyə getməyə hazıram. Bunun başqa yolu yoxdur.

Seyran CAVADOV,

"Azərbaycan


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM