09 Oktyabr 2019 23:49
513
SİYASƏT
A- A+

Jan-Rene Furniye: İsveçrə ilə Azərbaycan arasında əlaqələrin inkişafı beynəlxalq səviyyədə də özünü göstərir


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov görüşdə iki ölkə tərəfindən həyata keçirilən uğurlu iqtisadi layihələri, Azərbaycan bazarında İsveçrə şirkətlərinin fəaliyyətini qeyd edib. Bu xüsusda, 70-dən çox İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi bildirilib, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Jan-Rene Furniye isə ölkələrimiz arasında əlaqələrin inkişafının beynəlxalq səviyyədə də özünü göstərdiyini deyib. O, İsveçrə tərəfindən İpək Yolu layihəsinin dəstəkləndiyini bildirib, bu xüsusda İpək Yolu ilə bağlı Azərbaycanın önəmli rolunu vurğulayıb.

Həmçinin tərəflər regionda təhlükəsizliyə olan hədə və təhdidlər, eləcə də imkanlar barədə fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən danışaraq, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həll edilməsinin vacibliyinə diqqət çəkib, Ermənistanın işğalçı siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının vacibliyini bildirib.

Görüş zamanı nazir Azərbaycan tərəfindən İsveçrə bazarına qoyulan sərmayələr, həmçinin İsveçrə tərəfindən ölkəmizə yatırılan investisiyalar, o cümlədən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı barədə danışıb.

Jan-Rene Furniye SOCAR-ın İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video