Alternative content

00:35 18 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın hüquqi bazası məqsədyönlü şəkildə möhkəmləndirilir
Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın hüquqi bazası məqsədyönlü şəkildə möhkəmləndirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:32 09.10.2019

Oktyabrın 9-da Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Gürcüstanın Daxili İşlər naziri, general-leytenant Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən nazir V.Eyvazov gürcüstanlı həmkarını bu vəzifəyə təyinatı münasibətilə təbrik edib. Xalqlarımız arasındakı dostluğun qədim tarixi köklərə malik olduğunu xatırladan nazir hər iki dövlətin rəhbərliyinin əlaqələrimizin daha da genişləndirilməsinə böyük önəm verdiklərini qeyd edib, bu münasibətlərin ölkə prezidentlərinin siyasi iradəsinə, müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyini vurğulayıb. V.Eyvazov Daxili İşlər nazirlikləri arasında da əməkdaşlığın, xüsusilə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə fəaliyyətin dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini diqqətə çatdırıb.

Sonra mövcud kriminogen durum, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasında əldə olunan nəticələr, xidmətin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verilib.

Qeyd olunub ki, ötən illərdə nazirliklərin rəhbər vəzifəli şəxsləri, sərhədyanı bölgələrin polis orqanlarının rəisləri səviyyəsində qarşılıqlı səfərlər, cinayətkarlıqla mübarizədə birgə səylərin əlaqələndirilməsinin daha da yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərinin müzakirəsi praktikası yaranıb. Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın hüquqi bazasının məqsədyönlü və ardıcıllıqla möhkəmləndirildiyini qeyd edən nazir imzalanmış sənədlərin, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilənin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib.

Nazir V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM