09 Oktyabr 2019 17:54
454
SİYASƏT
A- A+

Rusiyalı politoloq: Prezident İlham Əliyev üçün Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya blokadasını yarmaq mühüm idi


Azərbaycan Prezidenti İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında iştirakı və Azərbaycan və Rusiyanın dövlət başçıları arasında ikitərəfli görüşlər, həmçinin Azərbaycanın liderinin plenar sessiyada çıxışı son günlərin ən çox müzakirə olunan mövzusudur. Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qretsova AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində Rusiya-Azərbaycan münasibətlərindən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından, iqtisadi sahədə ikitərəfli əməkdaşlıqdan bəhs edib.

D.Qretsova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı gözlənildiyi kimi, hər şeydən əvvəl, Dağlıq Qarabağ probleminə həsr olunmuşdu. Bu qərar bir neçə səbəbdən tamamilə təbii idi.

Politoloq deyib: "İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi indiyədək həllini tapmamış problem kimi iyirmi beş il əvvəl Azərbaycan xalqının ürəyində qanayan yaradır. O, hələ də milyonlarla insanı dərindən narahat edir və milyonlarla ailə üçün problem yaradır. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda hər an yenidən alovlana biləcək qaynar nöqtədir və dördgünlük Aprel döyüşləri də bunu bir daha göstərdi.

Həmçinin, Prezident İlham Əliyev üçün dünya və Rusiya İnformasiya cəmiyyətində münaqişə tərəflərindən birinin, konkret olaraq erməni tərəfinin yaratdığı informasiya blokadasını yarmaq mühüm idi. Erməni diasporunun Rusiya və dünyanın kütləvi informasiya vasitələrində həm akademik, həm də media ekspertləri arasında necə təsir gücünə malik olması hamıya məlumdur. Hər kəs erməni diasporunun Rusiya televiziya kanallarındakı siyasi tok-şoularda geniş təmsil olunduğunun şahididir. Milyonlarla insan həmin mənbələrdən informasiya alır. Marqarita Simonyan, Roman Babayan, Armen Ohanesyan və bir çox digər tanınmış media-menecerləri və jurnalistlərin Rusiyanın informasiya məkanında hansı nüfuzlu mövqeyə malik olduqlarını da hər kəs bilir.

Nəticədə, dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi haqqında heç də dolğun olmayan informasiya aldığı bir şərait yaranır. Dövlət başçısının nitqi məhz bu informasiya-ekspert blokadasını yarmaq məqsədi daşıyırdı”.

Ekspertin qənaətinə görə, ictimai rəyin zəif məlumatlandırdığı bir neçə mühüm məqam var: "Onlardan biri Dağlıq Qarabağın hələ sovet hakimiyyətinə qədər Azərbaycanın tərkibində olması faktıdır. İlham Əliyev vurğulayıb ki, XX əsrin 20-ci illərinin əvvəllərində sovet orqanlarının qərarı ilə Dağlıq Qarabağ Azərbaycana verilməyib, əksinə, Azərbaycanın tərkibində saxlanılıb. Bundan başqa, onu da vurğulamaq zəruri idi ki, BMT kimi əsas beynəlxalq institutlar, hər şeydən əvvəl, Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini birmənalı şəkildə tanıyır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də var.

Yetərincə diqqət yetirilməyən digər mühüm problem Dağlıq Qarabağ ilə yanaşı, onun ətrafında işğal olunmuş yeddi rayonun da olmasıdır. Dünya və Rusiya ictimai rəyini formalaşdıran bir çox təmsilçilər hesab edirlər ki, azərbaycanlıların və ermənilərin yaşadıqları Dağlıq Qarabağda ermənilər daha çox olub və oradan azərbaycanlıları didərgin salıblar. Lakin Dağlıq Qarabağın ərazisindən daha böyük sahəni əhatə edən Dağlıq Qarabağın ətrafındakı yeddi rayon barədə danışılmır. Bu rayonlarda daha çox azərbaycanlı yaşayırdı və etnik təmizləmə çərçivəsində yüz minlərlə sakin oradan didərgin düşüb. Həmin rayonlar indi boşdur və öz-özlüyündə, barbar siyasi praktikanı təmsil edən mübadilə üçün nəzərdə tutulub.

Sessiyada Prezident İlham Əliyevin toxunduğu digər mühüm məsələ Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər olub: "İkitərəfli münasibətlər çox yüksək səviyyədədir və həm də müsbət istiqamətdə inkişaf edir. Münasibətlərin bir neçə aspekti, ilk növbədə, iqtisadi tərəfi mövcuddur. İqtisadiyyatın energetika sahəsində möhkəm münasibətlər formalaşıb. Energetika sahəsində, neft-qaz sektorunda yaxşı əlaqələr mövcuddur; xüsusən Rusiyanın "Rosneft” kimi iri korporasiyaları Azərbaycan sektorunda Xəzər şelfinin işlənməsində iştirak edirlər. Bundan başqa, Rusiya və Azərbaycan özlərinin enerji axının, məhz Avropa İttifaqına uzanan Rusiyanın "Türk axını” və Azərbaycanın TAP və TANAP qaz kəmərlərinin bir-biri ilə rəqabət şəraitində deyil, konsorsium və ya kartel formasında fəaliyyət göstərməsində, bununla da hər iki tərəfin gəlirlərinin artırılmasında maraqlıdırlar. Söhbət tərəflərin hər biri üçün milyardlarla dollar məbləğində fərqdən gedir və bunu etmək çox vacibdir. Burada, həmçinin Türkiyənin də cəlb edilməsi çox mühümdür. Belə ki, bu ölkə Rusiya və Azərbaycan qazının Avropa İttifaqına tədarükü üzrə hab təşkil edir və həmin qaz marşrutları məhz Türkiyədən keçməlidir”.

Politoloqun fikrincə, hərbi sahədə, ilk növbədə, hərbi-texniki əməkdaşlıq üzrə sürətli inkişaf gedir. Bu, hər şeydən əvvəl Azərbaycanın Rusiyadan silah alması ilə bağlıdır. O qeyd edib: "Bu silahların müasir olması və daha münasib qiymətlərə satılması böyük əhəmiyyət kəsb edir. Bu, sadəcə silah alınması deyil, həm də Azərbaycanın əldə etdiyi Rusiya silah sistemlərinin dəstəklənməsi və modernləşməsi baxımından strateji tərəfdaşlıqdır.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına tədarükü və müvafiq olaraq, Azərbaycanın bu sahəsinə Rusiya sərmayələrinin qoyuluşunun artırılması da iqtisadi əməkdaşlıq baxımından mühümdür”.

Siyasətə gəldikdə, politoloqun sözlərinə görə, burada da Rusiya-Azərbaycan münasibətlərinin bir neçə aspekti mövcuddur. "İlk olaraq, bu, diasporla əlaqədardır. Azərbaycandakı rus diasporu və Rusiyadakı Azərbaycan diasporu özlərini çox rahat hissi edir, cəmiyyətə tam inteqrasiya olunub, yaxşı mövqelərə malikdirlər. Azərbaycanda təhsil sistemində ən aşağı pillələrdən – uşaq bağçası və məktəbdən universitetdəki ali təhsilə qədər böyük rus sektoru var. Rusiya cəmiyyətində Azərbaycan icması çox ciddi mövqelər tutub. Xüsusən Rusiyada biznes sahəsində ən varlı diasporlardan biri azərbaycanlılara məxsusdur. Lakin hələ ki, Azərbaycan diasporu Rusiyanın siyasi və informasiya sahələrində kifayət qədər güclü təmsil olunmayıb.

Bundan başqa, Azərbaycan və Rusiya arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq da mühümdür. Xüsusən, AŞPA-da Rusiya və Azərbaycan nümayəndə heyətləri daim bir-birini dəstəkləyirlər. Burada AŞPA-da Azərbaycan nümayəndə heyətinə uzun illərdir rəhbərlik edən Səməd Seyidovun da mühüm rolunu qeyd etmək lazımdır.

Rusiya və Azərbaycanda böyük diqqət yetirilən, lakin bir çox ölkələrdə böhran keçirən multikulturalizm prinsiplərinin inkişafı da əhəmiyyətlidir. Ölkələrimiz xristianların, müsəlmanların əməkdaşlığı və cəmiyyətin müasir dünyəvi əsaslarda inkişafı üzrə gözəl nümunələr sərgiləyir, həmçinin multikulturalizm praktikasını və nəzəriyyəsini birlikdə təkmilləşdirirlər.

Bütövlükdə demək olar ki, İlham Əliyev Vladimir Putinlə çox səmimi münasibətləri olan dinamik müasir liderdir. İlham Əliyev Rusiyanın xaos və anarxiyadan xilas edilməsində Vladimir Putinin böyük rolunu qeyd edib ki, bu, əlbəttə, Rusiya Prezidentinin ad günü ərəfəsində onun özünəməxsus şəkildə təbrik edilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video