08 Oktyabr 2019 16:27
3182
Turizm
A- A+

Dünyada turistlərin ən çox getdiyi yerlərin reytinqi dərc edilib


Bir kvadratmil (2,59 kvadratkilometr) sahəyə düşən turistlərin sayının ən çox olduğu turizm istiqamətlərinin növbəti reytinqi dərc edilib.

AZƏRTAC xəbər verir ki, 2018-ci ilin yekunların görə lokasiya sahələri və turistlərin gündəlik sayı əsasında onların ən çox getdikləri 20 turizm istiqaməti "Columbus Direct” tədqiqat şirkətinin ekspertləri tərəfindən tərtib edilib.

İlk beşlikdə Asiyanın iki turizm istiqaməti və Avropanın üç şəhəri yer alıb. "Columbus Direct” reytinqinə əsasən 2018-ci ildə turistlərin ən sıx olduğu istiqamət Tailanddakı Phuket adasıdır. İl ərzində 9,29 milyon (yəni orta hesabla gündə 25452 nəfər) turist gələn bu kurort bütün başqa turizm istiqamətlərindən irəlidədir. Burada turistlərin sıxlıq göstəricisi bir kvadratmilə 5090 nəfərə bərabərdir.

İkinci yeri Palma-de-Mayorka (İspaniya, bir kvadratmilə 2918 turist), üçüncü yeri Pattayya (2762), dördüncü yeri Paris (1174), beşinci yeri Barselona tutur (605).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video