Alternative content

18:00 17 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabı ölkələrimizin əlaqələri barədə dəyərli mənbədir
“Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabı ölkələrimizin əlaqələri barədə dəyərli mənbədir
ANA SƏHİFƏ / SİYASƏT
13:27 08.10.2019

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Rəfiqə Hüseynzadənin müəllifi olduğu "Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” adlı kitabda ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən münasibətlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəni irsi haqqında məlumat verilir.

AZƏRTAC xəbər verir ki, Londonda "Senate Publishing” çap evi tərəfindən nəfis tərtibatda nəşr edilən kitabda ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafındakı xidmətlərindən bəhs olunur.

Nəşrdə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə Dövlət naziri Alan Dunkanın, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun, Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun, BP qrupunun baş icraçı direktoru Robert Dadlinin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Azərbaycan ilə Birləşmiş Krallıq, eləcə BP arasında əlaqələr, bir çox sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikirləri yer alır.

Kitabda Azərbaycanın qədim tarixinə, zəngin mədəniyyətinə nəzər salınır, tarixi abidələrimiz haqqında məlumat verilir. Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan qədim dövrlərdən Zərdüştliyin mərkəzlərindən biri olub. Bu, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətində tutduğu mövqe və göstərdiyi təsirinin müəyyənləşdirilməsi baxımından çox aktualdır. Paytaxt Bakının yaxınlığındakı Yanardağ əsrlər boyu maraq doğurub. İndiyədək aparılmış arxeoloji tədqiqatlar Azərbaycanın dünyada ən qədim insan məskənlərindən və sivilizasiya yerlərindən biri olduğunu göstərir. Qazıntılar zamanı Azərbaycanda iki milyon il əvvəl insan sivilizasiyasının izləri aşkarlanıb.

Nəşrdə Azərbaycanın böyük tarixə malik neft sənayesindən ətraflı bəhs olunur. Dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının hələ XIX əsrin ortalarından başlandığı diqqətə çatdırılır. Müəllif Azərbaycan neftinin tarixindən bəhs edərkən daha qədim dövrlərə ekskurs edir, italyan səyyah Marko Polonun Bakı nefti ilə bağlı qeydlərinə də yer verib.

Azərbaycanın ta qədimdən müasir dövrədək tarixi haqqında oxuculara ətraflı məlumat verən Rəfiqə Hüseynzadə ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması və möhkəmlənməsində xidmətlərini xüsusi vurğulayıb.

Kitabda Azərbaycanla Böyük Britaniya arasında ilk əməkdaşlıq əlaqələrinin XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyası tərkibində olduğu zaman yarandığı qeyd edilir. Bildirilir ki, 1992-ci ilin martında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulub. Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ilin fevralında Böyük Britaniyaya ilk rəsmi səfəri, orada keçirdiyi çoxsaylı görüşləri əlaqələrimizin inkişafında mühüm rol oynayıb. Münasibətlərimizin yüksələn xətt üzrə inkişafı siyasi, iqtisadi, mədəni, təhsil və idman sahələrində əməkdaşlığı əhatə edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu əməkdaşlığı Prezident İlham Əliyev uğurla davam və inkişaf etdirir.

Müəllif, həmçinin SOCAR-ın nailiyyətlərindən, BP ilə uğurlu əməkdaşlığından söhbət açır. Bundan başqa, Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin reallaşdırdığı qlobal enerji, nəqliyyat layihələri, o cümlədən Cənubi Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Qars dəmiryolu haqqında məlumat verir.

Kitabda Azərbaycanın idman nailiyyətlərindən də bəhs olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM