Alternative content

00:27 18 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Donald Tramp: ABŞ “misli görünməmiş” yeni silahlar hazırlayır
Donald Tramp: ABŞ “misli görünməmiş” yeni silahlar hazırlayır
ANA SƏHİFƏ / DÜNYA
12:19 08.10.2019

ABŞ Prezidenti Donald Tramp ölkədə "hətta heç kimin təsəvvür etməyəcəyi” yeni silahlar, o cümlədən "dahiyanə” sualtı qayıqlar hazırlandığını bəyan edib.

AZƏRTAC bu barədə Yahoo News portalına istinadla xəbər verir.

"Hazırda bizdə çox sayda silah var. Ölkədə hətta heç kimin təsəvvür etməyəcəyi yeni silahlar da mövcuddur. Bəzi silahları nümayiş etdiririk, bəzilərini isə yox. Biz həmçinin nüvə silahlarını da modernləşdirdik və yeniləyirik. Heç kimin ağlına gəlməyəcək dahiyanə sualtı qayıqlar hazırlayırıq. Ümid edirəm ki, onları heç vaxt istifadə etmək məcburiyyətində qalmayacağıq”, - deyə Donald Tramp Yaponiya ilə sazişin imzalanması münasibətilə Ağ evə toplanan jurnalistlərə bildirib.

Qeyd edək ki, ötən həftə ÇXR-in qurulmasının 70-ci ildönümü münasibəti ilə keçirilən hərbi paradda ilk dəfə olaraq sualtı qayıqlarda yerləşdiriləcək JL-2 "Tzyuqlan-2” ballistik raketi geniş kütlə qarşısında nümayiş etdirilib. JL-2 raketi "Dunfan-31” qitələrarası ballistik raketin bazasında hazırlanıb. Hərbi paradda, həmçinin ən yeni "Dunfan-41” ballistik raketi, səsdən sürətli "Dunfan-100” qanadlı strateji raketi nümayiş olunub. Bu raketlərin ABŞ-ın hava hücumundan müdafiə sistemlərindən yayınma və uzaq məsafədəki hədəfləri vurma qabiliyyətinə malik olduğu bildirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM