Alternative content

01:02 18 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qarabağ” Assosiasiyası “Qarabağ”-“Düdelanj” oyununda törədilmiş təxribatla bağlı Lüksemburq polisinə məktub ünvanlayıb
“Qarabağ” Assosiasiyası “Qarabağ”-“Düdelanj” oyununda törədilmiş təxribatla bağlı Lüksemburq polisinə məktub ünvanlayıb
ANA SƏHİFƏ / SİYASƏT
10:34 08.10.2019

Lüksemburqda fəaliyyət göstərən "Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ”-"Düdelanj” oyununda bir qrup erməni tərəfindən törədilmiş təxribatı kəskin şəkildə qınayıb və bunu idmanda qəbulolunmaz siyasi akt kimi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, "Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatasının təşkilatçılığı ilə erməni təxribatına etiraz olaraq bu ölkədə yaşayan azərbaycanlılar adından Lüksemburq polisinə məktub ünvanlanıb. Polisə ünvanlanan məktub 30-dan çox soydaşımız tərəfindən imzalanıb.

Məktubun bir nüsxəsi Lüksemburqun Baş Nazirinə də göndərilib. Məktubda bu təxribatın siyasi akt olduğu və Lüksemburqun imicinə zərər vurduğu bildirilib.

Soydaşlarımız terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçılarının belə çirkin əməllərini digər sahələrdə olduğu kimi, idman sahəsində də nümayiş etdirdiklərini bildiriblər. Erməni təxribatçılarının bu hərəkətlərinin qəbuledilməz olduğunu diqqətə çatdıraraq, belə halların gələcəkdə qarşısının alınması üçün ciddi tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, erməni təxribatından sonra Lüksemburqun İdman naziri Dan Kersch baş verən hadisəyə görə lüksemburqlular adından üzr istəyib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM