08 Oktyabr 2019 00:23
1041
İQTİSADİYYAT
A- A+

Cocuq Mərcanlıda bu il ilk dəfə becərilən pambıq sahəsindən yüksək məhsuldarlıq əldə edilib


Doğma kəndlərinə qayıdan Cocuq Mərcanlı sakinləri uzun illər həsrətini çəkdikləri torpağı həvəslə əkib-becərirlər. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət tərəfindən burada mühüm tədbirlər görülüb.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edilib. Kənddə məskunlaşan ailələr taxıl, qarğıdalı, şəkər çuğunduru, pambıq, həmçinin bostan-tərəvəz bitkiləri becəriblər.

Bu il ilk dəfə pambıq becərən kənd sakini Oqtay Həziyev AZƏRTAC-a məhsuldarlığın yüksək olduğunu deyib: "Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsizliyi təmin olunub. Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin dövriyyəsinə cəlb edilib. Münbit torpaqlarımız var. Odur ki, əkilən bitkilərin məhsuldarlığı da yüksəkdir. Bu il digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı, 6 hektarda pambıq becərmişik. Aqrotexniki qaydalara düzgün və vaxtında əməl etdiyimiz üçün məhsulumuz da yaxşıdır. Artıq kombaynla birinci yığım başa çatıb. Hər hektardan 41 sentner məhsul götürmüşük. Məhsuldarlıq göstəricisi yığımın sonunadək daha da yüksələcək”.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib. Lakin Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşayış mümkün deyildi. Horadiz əməliyyatından 22 il sonra, 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Bu qələbə nəticəsində cocuq mərcanlılılar doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video