Alternative content

00:34 18 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnam Kərimov: Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün mühüm addımlar atılır və bu sahə daim diqqət mərkəzindədir
İnam Kərimov: Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün mühüm addımlar atılır və bu sahə daim diqqət mərkəzindədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 04.10.2019
İnanıram ki, fermerlərimizin heyvandarlıq üzrə beynəlxalq sərgilərdə iştirakı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatı sahəsində qarşımıza qoyduğu məhsuldarlıq və səmərəliliyin artırılması kimi vəzifələrin daha da sürətli icrasına töhfə verəcək.

Bu fikri AZƏRTAC-a müsahibəsində Klermon-Ferran şəhərində "Sommet de l’elevage” ("Heyvandarlıq zirvəsi”) adlı beynəlxalq heyvandarlıq sərgisində Kənd Təsərrüfatı naziri İnam Kərimov söyləyib.

Nazir qeyd edib ki, bu beynəlxalq heyvandarlıq sərgisinə bir qrup azərbaycanlı fermerlə gəlməyin əsas məqsədi onlara avropalı həmkarları ilə görüşmək, onlarla əlaqə yaratmaq, təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır: "Fermerlərimiz burada müxtəlif cinsdən olan heyvanları görür, heyvandarlıq sahəsində digər ölkələrin təcrübəsi ilə tanış olurlar. Eyni zamanda, onlar kənd təsərrüfatı sahəsində istifadə olunan yeni texnika ilə də tanış olmaq imkanı əldə edirlər”.

İnam Kərimov bildirib ki, dövlətimiz kənd təsərrüfatının bütün sahələrində fermer fəaliyyətinə, xüsusilə də heyvandarlığın inkişafına qayğı və dəstəyini əsirgəmir: "Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün mühüm addımlar atılır və bu sahə daim diqqət mərkəzindədir. Aqrar sahənin inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı, o cümlədən damazlıq heyvanların ölkəmizə idxalı üçün subsidiyalar verilir. Fermerlərin aldığı hər baş iribuynuzlu heyvanın dəyərinin 60 faizi dövlət tərəfindən maliyyələşdirilir, qalan hissə isə güzəştli kreditlə ödənilir. Həmçinin kənd təsərrüfatı texnikalarının dəyərinin 40 faizi dövlət tərəfindən, qalan hissəsi isə güzəştli kreditlə ödənilir. Ölkəmizdə aqrar sahəyə göstərilən bu diqqət və qayğı kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM