04 Oktyabr 2019 11:37
454
CƏMİYYƏT
A- A+

Avropa İttifaqı ilə Azərbaycan hökumətinin məşğulluqla bağlı birgə həyata keçirdiyi Tvinninq layihəsi başa çatıb


"Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kęstutis Jankauskas, Litva Respublikasının Sosial Təminat və Əmək naziri Linas Kukuraitisin rəhbərlik etdiyi nümayəndə heyəti, Litvanın Azərbaycan Respublikasındakı səfiri Eqidiyus Navikas, beynəlxalq qurumların nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının Tvinninq layihəsinin üzvləri və dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Litva, Avstriya Respublikasının və İsveç Krallığının ən yaxşı təcrübələri əsasında Avropa İttifaqı ilə Azərbaycan hökumətinin birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Dövlət Məşğulluq Xidmətinin modernləşdirilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsindən əldə olunan nəticələr uğurlu əməkdaşlığın bariz nümunəsidir. Layihənin icrasının daha 2 ay müddətinə uzadılması bu layihənin nazirlik üçün əhəmiyyətli və uğurlu olduğunu bir daha təsdiqləyir.

S.Babayev qeyd edib ki, Avropa İttifaqı ilə münasibətlər həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə uğurla həyata keçirilir. Müxtəlif sahələrdə, o cümlədən sosial müdafiə sisteminin gücləndirilməsi, tibbi-sosial reabilitasiya, sığorta-pensiya və digər sahələrdə birgə həyata keçirilən layihələr nazirliyin potensial imkanlarının artırılmasına xidmət edir.

Nazir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın ölkədə mövcud demoqrafik inkişaf perspektivlərinə və iqtisadi prioritetlərinə əsaslanaraq növbəti onillik üçün dövlət məşğulluq siyasətinin əsas prioritetlərini müəyyən etdiyini bildirib. Onun verdiyi məlumata görə, "İşsizlikdən sığorta haqqında”, yeni "Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul olunması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi ilə əlaqədar ölkə rəhbərliyinin müvafiq tapşırıqları işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, aktiv əmək bazarı tədbirlərinin səmərəliliyinin artırılmasına, inklüziv məşğulluğun təmin olunmasına və ən əsası, ölkədə əmək bazarında yeni tənzimləmə mexanizmlərinin formalaşdırılmasına zəmin yaradır.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Litvanın Sosial Təminat və Əmək naziri Linas Kukuraitis, Litvanın Azərbaycan Respublikasındakı səfiri Eqidiyus Navikas da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həyata keçirilən uğurlu əməkdaşlıqdan, "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin əhəmiyyətindən, layihə çərçivəsində keçirilən tədbirlərdən və əldə olunan nəticələrdən danışıblar.

Daha sonra Litva Respublikasının Sosial Təminat və Əmək nazirinin müavini, üzv dövlət tərəfindən layihə rəhbəri xanım Eqle Radişauskin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev təqdimatlar ediblər.

Bağlanış mərasiminin sonunda "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində təlimçilərin bilik və praktik bacarıqlarının inkişaf etdirilməsi üçün keçirilən "təlimçilər üçün təlim” proqramının iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinə 2017-ci il sentyabrın 18-dən başlanılıb. Layihənin məqsədi Dövlət Məşğulluq Xidmətinin institusional potensialının, idarəçiliyinin və işinin gücləndirilməsi, işaxtaran və işəgötürənlərin ehtiyaclarının daha yaxşı qarşılamaqla dövlət tərəfindən həyata keçirilən məşğulluq xidmətlərinin müasirləşdirilməsi və təkmilləşdirilməsidir. Layihənin tərəfdaşları isə Avropa İttifaqı, Litva (əsas tərəfdaş), Avstriya və İsveçdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video