04 Oktyabr 2019 11:35
1121
İDMAN
A- A+

Qurban Qurbanov: Biz qorxaq deyilik, meydandan qaçmarıq


İlk növbədə futbolçularımı təbrik edirəm. Hesabdan çox oyun maraqlı idi. Futbolçular bunu bacardılar. Lakin hesab bizi aldatmamalıdır. İkinci hissədə bəzi səhvlərimiz oldu. Bununla belə, qələbə qazandıq və bu münasibətlə futbolçularımızı və komandamıza dəstək olan bütün azarkeşləri təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj"a 4:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Qırx yeddi yaşlı mütəxəssis ilk hissədə baş vermiş erməni təxribatı ilə bağlı da danışıb. O bildirib ki, idmanda belə halların tərəfdarı deyil: "Belə hal bir dəfə də baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Belə vəziyyətlərdə insanlıq nümayiş etdirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ”ın məşqçisiyəm. Oyun dayandıqda da çalışdıq ki, təmkin nümayiş etdirək. Futbolçuları sakitləşdirdik”.

Q.Qurbanov bildirib ki, erməni təxribatından sonra meydanı tərk etsəydilər, komandaya problem ola bilərdi: "Biz qorxaq deyilik, meydandan qaçmarıq. Uduzsaydıq belə, meydana qayıdacaq və mübarizə aparacaqdıq. Bir azərbaycanlı olaraq, qaçmağı özümüzə yaraşdırmıram”.

Baş məşqçi klub rəhbərliyinin UEFA-ya müraciət edəcəklərini bildirib: "UEFA sərt qərar qəbul etsə, bu, hamı üçün bir siqnal olacaq”.

Təcrübəli mütəxəssis ikinci hissədə əvəzlədiyi Qara Qarayevin diz nahiyəsində ağrıları olduğunu və buna görə onu meydanda saxlamağa risk etmədiyini də əlavə edib.

Q.Qurbanov qarşıdakı bütün oyunlara ciddi yanaşacaqlarını vurğulayıb: "İndidən hər hansı fikir söyləyə bilmərik. Çox vacib 3 xal qazandıq. Qrupun favoriti "Sevilya”dır. Qalan 3 komanda isə onaltıdabir finala növbəti vəsiqə uğrunda öz aralarında mübarizə aparacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video