04 Oktyabr 2019 11:34
740
Mədəniyyət
A- A+

“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının bağlanış mərasimi keçirilib


Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, "Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının "LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.

Bağlanış mərasimində Avrasiya Xalqları Assambleyasının baş katibinin birinci müavini Svetlana Smirnova bildirib ki, festival Avrasiya qitəsinin ən tanınmış yazıçı və şairlərini bir araya gətirməyə nail olub. Son üç gün ərzində Bakı bu yazarlara ünsiyyətin bütün gözəlliklərini hədiyyə edib. İndi onlar bir-birlərini daha yaxşı anlayırlar.

S.Smirnova IV Avrasiya ədəbi festivallar festivalının yüksək səviyyədə təşkil olunduğu üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz təşəkkürünü bildirib. "Biz özümüzü burada evimizdəki kimi hiss etdik. Çünki hər yerdə qonaqpərvərlik və xeyirxahlıqla üzləşdik. Geri dönən zaman isə ürəklərin istisini özümüzlə aparacağıq”, - deyə S.Smirnova söyləyib.

"LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının prezidenti və səfiri Marqarita Al çıxışında bildirib ki, festivalın qarşıya qoyduğu məqsəd daima gələcək insan obrazını axtarmaqdır. Bu mənada adları çəkilən yazarlar bütün dünyaya gərəklidir.

Sonra III "LiFFt” festivalının qalibi Varis Yolçuyev qaliblərə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edib. Qızıl medala türkiyəli şair Tüğrul Tanyol layiq görülüb.

Tədbir daha sonra konsert proqramı ilə davam edib.

Qeyd edək ki, festivala Türkiyə, Macarıstan, Polşa, Braziliya, Rusiya, Fransa, Slovakiya, ABŞ, Qazaxıstan, Monqolustan, Almaniya, Yaponiya Çexiya, İsrail - ümumilikdə 50-dən çox ölkədən yazarlar qatılıb. Həmçinin ölkəmizdən iştirakçı və qonaq qismində 60 yazıçı, şair, tənqidçi, ədəbiyyatşünas iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video