04 Oktyabr 2019 10:30
1077
İDMAN
A- A+

AFFA UEFA-ya rəsmi qaydada müraciət edəcək

AFFA rəhbərliyi Avropa Liqasının II tur matçında Lüksemburqda keçirilən "Düdelanj” və "Qarabağ” qarşılamasında baş verən erməni təxribatına reaksiya verib.

AZƏRTAC AFFA-nın "facebook” səhifəsinə istinadla xəbər verir ki, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində "Qarabağ”ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadiona qondarma "Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirilib.

Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun İdman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç "Qarabağ”ın 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video