04 Oktyabr 2019 02:50
950
İQTİSADİYYAT
A- A+

Şabran regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi ildə 300 ton yun qəbul edəcək


"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində fermerlərdən yun tədarükü davam edir.

AZƏRTAC xəbər verir ki, bu ilin may ayından fəaliyyətə başlayan tədarük məntəqəsi üçün yun Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarındakı fermer təsərrüfatlarından alınır. Yun fermerlərdən əlavə dəyər vergisi daxil olmaqla, 2 manata qəbul edilir.

Yunun alınması tədarükçülər tərəfindən yerlərdə, həmçinin birbaşa məntəqənin özündə həyata keçirilir.

Regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənir. Yun çeşidləndikdən sonra kipləşdirilərək, üzərinə xüsusi yarlıqlar vurulur. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapır. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı Yunəyirici-Boyaq Fabrikinə təhvil veriləcək.

Məntəqənin əməkdaşı Xanbala Əbilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tədarük zamanı xalça toxunması üçün iplik istehsalına yararlı olan yunun qəbuluna üstünlük verilir. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 8 santimetr olan yunun qəbulu həyata keçirilir. İplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq.

Şabran regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində ildə 300 ton yun qəbulu nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video