03 Oktyabr 2019 23:55
1062
İDMAN
A- A+

"Düdelanj" - "Qarabağ" oyunu 30-cu dəqiqədə dayandırılıb


UEFA Avropa Liqasının qrup mərhələsində Iüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" oyunu erməni təxribatı ilə əlaqədar matçın 30-cu dəqiqəsində müvəqqəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, matçın 30-cu dəqiqəsində "Qarabağ"ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağı gətirilib.

Hazırda oyunda fasilə elan olunub. Komandaların üzvləri meydanı tərk ediblər.

Xatırladaq ki, ağdamlılar matçın 11-ci dəqiqəsində Abdella Zubirin, 30-cu dəqiqədə isə Miçelin qolları ilə hesabda 2:0 irəlidədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video