Alternative content

17:41 17 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
ANA SƏHİFƏ / SİYASƏT
23:45 03.10.2019

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri səfirin diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndiyini, iqtisadi sahədə razılaşmaların əldə olunduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əməkdaşlığın inkişaf etdiyini və gediş-gəlişin artdığını diqqətə çatdıran Ali Məclisin Sədri Cavad Cahangirzadənin səfərini Azərbaycan-İran əlaqələrində Naxçıvana verilən önəm kimi dəyərləndirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Cavad Cahangirzadə Ali Məclis Sədrinin İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri kimi ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərinin ölkəsində məmnunluqla qarşılandığını vurğulayıb. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin əhəmiyyətinə toxunan səfir İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin salamlarını Ali Məclisin Sədrinə çatdırıb.

Ali Məclisin Sədri İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını İran İslam Respublikası Prezidenti Aparatının rəhbərinə çatdırmağı xahiş edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM