20 Sentyabr 2019 16:33
521
DÜNYA
A- A+

Moskva Vaşinqtonu kosmosda silah yerləşdirməkdə ittiham edir

ABŞ kosmosda silah yerləşdirmək planını reallaşdırmağa başlamışdır. Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Rusiya qlobal siyasətdə” jurnalı üçün yazdığı məqalədə məlumat vermişdir. Onun dediyinə görə, Vaşinqton kosmik məkanda silah yerləşdirməyə universal moratorium qoymaqla bağlı bütün təklifləri rədd edir.

İyul ayında Lavrov bildirmişdi ki, ABŞ-ın kosmosa silah çıxarmaq planı Rusiyanı narahat edir. Çünki bu, yeni sürətlə silahlanmaya gətirib çıxara bilər.

Martda məlum olmuşdur ki, Pentaqon 2023-cü ildə yerətrafı orbitdə ballistik raketləri yaxalamaq üçün nəzərdə tutulmuş neytron silahı sınaqdan çıxarmağı planlaşdırmışdır. BEAR (Beam Experiments Aboard a Rocket) şüa silahı hələ 1989-cu ildə kosmosda uğurla sınaqdan keçirilmişdir. Hazırda isə qurğunun qabaritlərinin azaldılması məsələsi həll olunmuşdur.

Apreldə Pentaqonun başçısının səlahiyyətlərini icra edən Patrik Şenahan demişdi ki, mümkün qlobal münaqişədə ABŞ-ın effektivliyi kosmik silahdan asılıdır. O, Rusiya və Çində bu cür texnologiyaların inkişafını Amerikanın təhlükəsizliyinə real təhdid kimi qiymətləndirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video