20 Sentyabr 2019 15:09
564
İQTİSADİYYAT
A- A+

“Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka” MMC "Əsrin müqaviləsi”nə həsr olunan poçt markalarını tədavülə buraxıb.

MMC-dən AZƏRTAC-a bildirilib ki, buraxılış 11 növ 20 ədəd (4x5) poçt markasından ibarət poçt vərəqi şəklində hazırlanıb. Vərəqin ölçüsü 165x185 millimetr, markaların ölçüsü 40x28 millimetrdir. Sıra nömrələri 1, 3, 6, 8, 9, 11, 14, 16, 17 və 19 olan markaların dizaynı eynidir. Həmin markalarda simvolik olaraq "əl tutub görüşən”, formaca 25 rəqəmini xatırladan neft boruları təsvir olunub. Digər markaların üzərindəki təsvirlər aşağıdakı qaydadadır (soldan-sağa sayıldıqda vərəqdəki şərti sıra nömrəsi ilə) "Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin loqotipi; "Çıraq” platforması; "Mərkəzi Azəri” platforması; Səngəçal terminalı; "Şərqi Azəri” platforması; "Qərbi Çıraq” platforması; "Dərinsulu Günəşli” platforması; "Qərbi Azəri” platforması; Bakı-Tbilisi-Ceyhan neft boru kəməri; Ceyhan terminalı.

"Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt vərəqi 20 min ədəd tirajla Belarusun Bobruysk şəhərində çap olunub.

Həmçinin, xüsusi xatirə möhürü və 5500 ədəd "Birinci gün” zərfləri də hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video