20 Sentyabr 2019 12:40
605
Mədəniyyət
A- A+

Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olunub


Mədəniyyət Nazirliyinin "Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində akademik Nizami Cəfərovun qələmə aldığı "Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, "Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən 5000 tirajla çap olunan kitab Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunmaqla yanaşı, türkiyəli oxucular da satış köşklərindən bu kitabı əldə edə biləcəklər. Kitabı Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.

Kitabda Azərbaycan ədəbiyyatı tarixinin əsas dövrləri, böyük şəxsiyyətlərin yaradıcılıq yolu, ideya-estetik təmayüllər işıqlandırılıb. N.Gəncəvinin, Füzulinin, M.P.Vaqifin, Aşıq Ələsgərin, M.Ə.Sabirin, Ə.B.Hüseynzadənin, A.İldırımın, S.Vurğunun, M.Hüseynin, M.Müşviqin, İ.Şıxlının, B.Vahabzadənin, H.Arifin, İ.Muğannanın, N.Həsənzadənin, Anarın, Elçinin, Zəlimxan Yaqubun, Afaq Məsudun və digər görkəmli söz adamlarının yaradıcılığına ayrıca oçerklər həsr edilib. Müəllif çalışıb ki, türkiyəli oxucularda Azərbaycan ədəbiyyatı barədə qədim dövrlərdən bu günə qədər aydın elmi təsəvvür yaransın.

Akademik Nizami Cəfərovun qələmə aldığı "Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” "Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 43-cü kitabdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video