20 Sentyabr 2019 00:33
545
SİYASƏT
A- A+

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi “Twitter” səhifəsi yaradılıb


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nazirlər Kabinetinin Mətbuat xidməti tərəfindən Komissiyanın ayrıca operativ informasiya resursu - AzeTurCommission (@AzeTurCom) "Twitter” səhifəsi yaradılıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın 52 ölkə ilə mövcud Hökumətlərarası komissiyalarının təcrübəsində bu, bir yenilikdir. Bu rəsmi "Twitter” hesabından Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən iki qardaş ölkənin hərtərəfli əlaqələri ilə bağlı ən son məlumatlar, hadisələr, əlamətdar günlər haqqında məlumatlar paylaşılır. Məqsəd virtual aləmin müasir imkanlarından istifadə edərək, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi, komissiyanın fəaliyyəti, əməkdaşlığımızın ən müxtəlif sahələrində əldə olunan nailiyyətlər barədə hər iki ölkənin ictimaiyyətinə operativ məlumat çatdırmaqdır.

Xatırladaq ki, 1992-ci il noyabrın 2-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi”nə uyğun olaraq Birgə Komissiyanın yaradılmasına qərar verilib. 1996-cı il aprelin 12-də hər iki ölkənin prezidentlərinin sərəncamları ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb. Komissiyanın ilk iclası 1997-ci il fevralın 26-da Ankarada baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 18 mart tarixli sərəncamı ilə komissiyanın yeni tərkibi təsdiqlənib və Azərbaycan tərəfdən komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Türkiyə tərəfindən isə həmsədr vəzifəsini vitse-prezident Fuad Oktay həyata keçirir. Məlumat üçün qeyd etmək lazımdır ki, bu vaxtadək Azərbaycan Respublikası ilə xarici ölkələr arasında Hökumətlərarası Birgə Komissiyalardan yalnız Gürcüstanla Birgə Komissiyaya Baş Nazir sədrlik edirdi. Türkiyədə yeni təsis olunmuş vəzifə olan vitse-prezident isə regionda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla Birgə Komissiyalara həmsədrlik edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video